Ənvər Seyidəliyevdən zabitə şok cavab: «Get, torpağı Sarkisyandan istə»

30-12-2015, 23:05           
Ənvər Seyidəliyevdən zabitə şok cavab: «Get, torpağı Sarkisyandan istə»
Şəhriyar Kərimov: «Ağsunun icra başçısından 11 ildir fərdi torpaq sahəsi ala bilmirəm»

Ağsunun icra başçısı Ənvər Seyidəliyevdən şikayət edənlərin sayı getdikcə daha da artır. JAM.AZ xəbər verir ki, belə şikayətlərdən birini də rayon sakini, ehtiyatda olan hərbi qulluqçu Şəhriyar Kərimovdur.

Şəhriyar Kərimov JAM.AZ-a yazıb ki, Ənvər Seyidəliyev rayonun bütün topaqlarını zəbt edib. 11 ildir fərdi torpaq sahəsi almaq üçün icra başçısına etdiyi müraciətlərə cavab ala bilməyən ehtiyatda olan hərbi qulluqçunun aldığı cavab isə daha şokedicidir. «Ənvər Seyidəliyev bütün rayonun torpaqlarının behini verib. Deyəndə ki, illərlə bu torpaqları mən qorumuşam, cavabında elə bir şey dedi ki, yetişmişim qalıb, kalım töküldü. Ənvər Seyidəliyev mənə torpaq üçün ona yox, Sarkisyana müraciət etməyimi məsləhət görür».

Şəhriyar Kərimov bu cavabın qarşısında nə deyəcəyini bilməyib.

Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru