"Limon" Çay Evinin zirzəmisində nə baş verir? ...polis qorxur, yoxsa pula qarşılıq susdurulur...

2-01-2016, 00:01           
"Limon" Çay Evinin zirzəmisində nə baş verir? ...polis qorxur, yoxsa pula qarşılıq susdurulur...
Bakıda son dövrlər əxlaqsızlıq yuvalarının sayı artıb. Əvəllər daha qapalı yerlərdə fəaliyyət göstərən belə məkanların artıq şəhid adını daşıyan küçələrə ayaq açması, polisin gözünün önündə belə işləməsi adi hala çevrilib.

Bununla əlaqədar apardığımız araşdırma zamanı o da məlum olmuşdu ki, həmin «priton»un başında Emin adlı şəxs dayanır. Hətta o da bildirilirdi ki, bu, Ələsgərin yeganə «obyekti» deyil, bundan başqa şəhərin mərkəzində də bir neçə bu qəbildən olan «qazanc yeri» var.

Məlum olub ki, «krişalıq» etdiyi daha bir əxlaqsızlıq yuvası şəhərin düz mərkəzində yerləşir. Belə ki, Süleyman Rəhimov küçəsi ilə Süleyman Rüstəm küçəsinin kəsişməsində yerləşən «Limon» çay evinin zirzəmsində «priton» fəaliyyət göstərir. Orada mütəmadi olaraq oturan Emin adlı şəxsin vəzifəsi pulları yığmaqdan ibarətdir. Əsas fiqur isə Maarif adlı şəxsdir ki, onun «missiyası» daha böyükdür.

Belə ki, polisdən tutmuş, qapıya gəlib «təhlükə» yarada biləcək hər bir şeyi önləmək, haqqını çatdırmaq onluqdur.

Maraqlıdır ki, «Limon» çay evinin zirzəmisində fəaliyyət göstərən əxlaqsızlıq yuvası ilə 22-ci Polis Bölməsinin arasındakı məsafə heç 100-150 metr olmaz. Şəhərin o biri başında cibgiri tapıb, həbs edən bu bölmənin əməkdaşlarının «qulaqlarının dibində»ki «priton»u görməmələri qətiyyən başa düşülən deyil.

Görünür, polis ya Maarif adlı «qadın alverçilərinin havadarından» qorxur, ya da ortada başqa məqamlar var. Elə İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin dağın başında əxlaqsızlıq yuvası aşkarlaya bildiyi halda, şəhərin mərkəzindən xəbərsiz olması da müəmmalıdır.

Məsələ ilə bağlı araşdırmamız davam edir.Bakinews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.