Sabirabadda şübhəli tender əməliyyatları- Bir araşdıran tapılsın....

16-05-2020, 11:49           
Sabirabadda şübhəli tender əməliyyatları-
Bu ilin yanvar-dekabr aylarında Sabirabad rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 716 min 550 manat olan 27 tender keçirilib.

Guninfo.az-ın məlumatına görə, ən çox tender keçirən Sabirabad Mərkəzi Rayon Xəstəxanası olub. Sabirabad Mərkəzi Rayon Xəstəxanası ümumi məbləği 373 min 565 manatlıq tender müqavilələri bağlayıb.

Bağladığı tenderlərin ümumi məbləği ən çox olan dövlət qurumu Sabirabad Rayon İcra Hakimiyyətidir. 3 tenderin ümumi məbləği 798 min 31 manat olub.

Mədəniyyət Nazirliyi Sabirabad Regional Mədəniyyət İdarəsi tərəfindən tenderlərinin hamısını necə olubsa "İnpeks,N"MMC şirkəti udub. Nazirlik şirkətlə ümumilikdə 379 min 267 manatlıq tender müqaviləsi bağlayıb.

Bundan başqa rayonda Sabirabad Regional Mədəniyyət İdarəsi, Sabirabad icra hakimiyyətində və başqa qurumlar da böyük məbləğdə satınalmalar həyata keçirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru