Elxan Süleymanov və oğlunun şirkətləri üzə çıəxdı - Karantin zamanı 80 yaşlı eks deputat daha 1 şirkət təsis etdi FOTO Karantin zamanı 80 yaşlı eks deputat daha 1 şirkət təsis etdi FOTO

17-05-2020, 15:12           
Elxan Süleymanov və oğlunun şirkətləri üzə çıəxdı - Karantin zamanı 80 yaşlı eks deputat daha 1 şirkət təsis etdi FOTO
Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli sosial şəbəkələrdə yeni araşdıması ilə çıxış edib. Bu dəfə araşdırmanın predmeti Milli Məclisin ötən iki çağırış deputatı olmuş 80 yaşlı Elxan Süleymanov və oğlunun şirkətləridir. Cavanşir Həsənli paylaşdığı araşdırmada yazır:
Milli Məclisin ötən iki çağırış deputatı olmuş 80 yaşlı Elxan Süleymanov ötən ayın 28-də, yəni ciddi karantin rejiminin hökm sürdüyü günlərdə özünün növbəti şirkətini -"GÖYÇAY AQRO" Məhdud Məsuliyyətli Cəmiyyətini qeydiyyatdan keçirib. Şirkət Elxan Süleymanovun hazırda yaşadığı Göyçay rayonunun NİZAMİ küçəsi, ev 274-də hüquqi qeydiyyatdan keçib.
Keçmiş deputatın oğlu Vurğun Süleymanov isə (keçmiş gömrük generalı) bu il yanvarın 28-də hüquqi qeydiyyatı Ağsu rayonunun Kəndoba kəndində olan "SÜMBÜL" İSTEHSAL KOOPERATİVİni təsis edib.
Bundan əvvəl Süleymanovların daha 4 şirkəti fəaliyyət göstərib. Belə ki, "AZBOL" AZƏRBAYCAN-BOLQARİYA BİRGƏ MÜƏSSİSƏSİ 1996-cı ildə, "AQROİNKİŞAF" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ 2004-cü ildə, "XƏZƏR-XXI ƏSR" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2003-cü ildə Elxan Süleymanovun "AZNM LTD" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ isə 2004-cü ildə Vurğun Süleymanovun təsisçiliyi ilə qeydiyyatdan keçib. "XƏZƏR-XXI ƏSR" MMC-nin ötən il ləğv edildiyi elan olunub.
Elxan Süleymanov eyni zamanda 2005-ci ildə Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) da təsis edib. O, Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə dəfələrlə rüşvət və korrupsiya ittihamları ilə üzləşib.

Qarşı tərəfin fikirlərini dərc edə bilərik!
Teref.az


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru