Başçının qardaşı ittiham olunur... - vəzifə alverində...

5-01-2016, 13:16           
Başçının qardaşı ittiham olunur... - vəzifə alverində...
Şahin Məmmədov Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsini hərraca çıxarıb.

Bu barədə məlumat AzFakt.com saytına Ağdamdakı mənbələrdən daxil olub. Belə ki, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovun qardaşı vasitəçilik etdiyi, hazırda vakant olan Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsinin ilkin qiymətinin 170 min dollar olduğunu elan ediblər.

Ayrı-ayrı mənbələrdən daxil olan məlumata görə rayon icra başçısı Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla qardaşı, Yevlax rayon polis şöbəsinin rəis müavini Şahin Məmmədov Səhiyyə naziri Oktay Şirəliyevin adından alverə keçiblər. Belə ki, keçən ilin dekabr ayının sonunda vəzifəsindən çıxarılan Ağdam rayon Mərkəzi Xəstəxanasının baş həkimi Gülnar Abbasovanın kürsüsü hələki boşdur. Saytımıza məlumat verən mənbələrin sözlərinə görə icra başçısı Raqub Məmmədov qardaşı Şahin Məmmədovun vasitəsi ilə rayon Səhiyyə İdarəsinə müdiri olmaq istəyənlərə artıq ilkin qiyməti çatdırıb. Baş həkim olmaq istəyən kəs icra başçısına 120 min Səhiyyə naziri Oktay Şirəliyevə isə 50 min dollarından verməlidir.

Maraqlı məqamlardan biri isə Şahin Məmmədovun məhz Səhiyyə nazirinin adından danışmasıdır. İcra başçısının qardaşı baş həkim olmaq istəyənlərə açıq şəkildə deyir ki, “nazirə50 min dollar çadırılmalıdır və həmin pulu nazirliyə Raqub Məmmədov çatdıracaq”. Mənbələrimiz bildirir ki, bir vaxtlar manatla iş görən Məmmədovlar qardaşı ikinci devalvasiyadan sonra dollara keçiblər.

Qeyd edək ki, Ağdam rayon xəstəxanasının baş həkimi Gülnar Abbasovanın Milli Məclisə YAP-tərəfindən namizədliyi irəli sürüləndən sonra icra başçısı Raqub Məmmədovun adamları tərəfindən açıq aşkar təzyiqlərə məruz qalmışdı. Baş həkim özü bu barədə mətbuata açıqlama verərək Ağdam rayon Yeni Azərbaycan Partiyasının səlahiyyətli şəxslərinin ona müxtəlif problemlər yaratdıqlarını bildirmişdi. Seçkilərdən sonra isə Gülnar Abbasovanın vəzifəsi ilə vidalaşacağı söz söhbətləri rayonda gəzirdi. Dekabr ayının sonunda isə Raqub Məmmədov baş həkimi vəzifəsindən çıxardıb.

Məlumatda qeyd olunur ki, hazırda rayon xəstəxanasının baş həkimi olmaq üçün üç namizəd var. Lakin Raqub Məmmədov hələ ki qərarını vermir. İddiaya görə icra başçısı məzənnəni qaldırmaq və ona daha cəlbedici təklif edilməsini gözləyir. Belə bir hal rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat zamanı da baş vermişdi. Bundan öncə rayon təhsil şöbəsinin müdiri vəzifəsini 6 aya yaxın boş saxlatdıran icra başçısı sonda isə ona istədiyi hesabı verən Quzanlı qəsəbə uşaq bağçasının müdiri Mətanət Misirxanovanı şöbənin müdiri təyin etdi. Mətbuata yazılan xəbərlərə görə M.Misirxanova Ağdam rayon Təhsil şöbəsinin müdiri olmaq üçün Raqub Məmmədova 300 min manat verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.