Sumqayıtda məmurlar sahibkarın aptekini qanunsuz olaraq sökürlər-MÜRACİƏT
5-01-2016, 19:16

teref.aznun elektron poçtuna Sumqayıt şəhərindən haqsızlığa məruz qaldığını bildirən sahibkar müraciət göndərib. Bu müraciəti sizə təqdim edirik:
Sumqayıtda məmurlar tərəfindən obyektinin buldozerlə söküləcəyi ilə təhdid olunan sahibkar kömək istəyir
Hörmətli redaksiya , Sumqayıt şəhər icra hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin işciləri tərəfindən özümə məxsus, Sumqayıt şəhəri 13-cu mikrorayon, Uzeyir Hacıbəyli küçəsi, 62a unvanında yerləşən, özəl ticarət (aptek)obyektimin boşaldılması və obyekti tərk etməyim barədə mənə qarşı təhdidləri davam edir.Xatırladım ki, bir neçə gün bundan əvvəl Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlı şəxs mənə yaxınlaşaraq obyektin sənədini istədi,mən də sənədləri təqdim etdim.Sonrakı ğunlərdə özlərini dövlət məmuru kimi təqdim edən muxtəlif şəxslər yaxınlaşaraq obyektin qısa muddətdə boşaldılmasını, ticarət fəaliyyətimin dayandırmasını tələb etdilər.Mən onlardan bunun səbəbini soruşduqda “yuxarıdan göstəriş var sökülməlidir” dedilər.Mən onlara etiraz edərək “axı məhkəmə qərarı olmadan, sökülmənin səbəbi heç izah olunmadan obyekt necə sökülə bilər?” sualını unvanladıqda isə yenə eyni cavabı verdilər ki,şifahi göstəriş var,bəs sökülməlidir .Mənə “Polislə gələcəyik, obyektini ucuracağıq, deyə hədə-qorxu gəlinir”. Əgər mənim obyektimin sökülməsinə dövlət ehtiyacı səbəbindən zərurət yaranıbsa,bu dövlətimizin qanunlarına uygun şəkildə edilməlidir. Lakin mənə söküntü barədə heç bir rəsmi sənəd təqdim edilmir. Halbuki mənim obyektimin bütün sənədləri tam qaydasındadır.Belə ki, obyektin tikilməsi ucun o vaxtkı bələdiyyə sədri olan Zakir Fərəcov (hal-hazırda Sumqayıt şəhər icra başçısı)tərəfindən 16 dekabr 2004-ci ildə torpaq ayrılmış və 28 aprel 2005-ci ildə sabiq icra başcısı Vaqif Əliyevin 139 N-li sərəncamı ilə tikintiyə icazə verilmişdir.Obyekt 02.09.2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Sumqayıt Şəhər Ərazi İdarəsində adıma dövlət qeydiyyatına alınmışdır.Bununla belə mən qanunauyğun olan butun tədbirləri qəbul etməyə hazıram. Təbii ki,qanunazidd tələbləri yox.
Hörmətli prezident İlham Əliyevə etdiyim muraciətlərə cavab ğözləyirəm.Baş prokuror cənab Zakir Qaralova əmlakımın qanunsuz dağıdılmasının qarşısını almaq ucun muraciət etmişəm.Cavab gözləyirəm.Mən bir daha prezidentə muraciət edirəm.Baş prokuror cənab Zakir Qaralovdan,Daxili işlər naziri cənab Ramil Usubovdan xahiş edirəm ki, Sumqayıt şəhər icra hakimiyyəti məmurlarının qanunsuz əməllərinin qarşısı alinsın,obyektimin və obyektdə yerləşən mal və əşyalarin məhv edilməsinə imkan verilməsin. Sonda onu da qeyd edim ki, hal-hazırda Sumqayıt şəhər memarlıq və şəhərsalma idarəsində işləyən Kənan adlı şəxs adamları ilə yenidən əraziyə gələrək buldozerlə ətrafdakı tikintiləri sökdürür və həmçinin qanunsuz olaraq məndən də mallarımı obyektən yığışdırmağı tələb edir və apteki bu gün sökəcəyini bildirir,məni təhdid edir. Mən mətbuat vasitəsilə ictimaiyyətə müraciət edirəm.Məni mudafiə etsəniz,haqqı,ədaləti, eyni zamanda özünüzün əmlak hüququnuzu müdafiə etmiş olacaqsınız.
Hörmətlə, İlham Əbdilov
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az