Dövlət Antiinhisar Xidməti ilə "Mılnaya Opera" KTM 2 qrup Qarabağ əlilinin kürkünün "dalına" necə keçdilər

9-01-2016, 12:12           
Dövlət Antiinhisar Xidməti ilə "Mılnaya Opera" KTM 2 qrup Qarabağ əlilinin kürkünün "dalına" necə keçdilər
teref.aznun poçtuna 2 qrup Qarabağ əlilindən kimyəvi təmizləmə məntəqəsinə verdiyi bahalı dublyonkasının məhv edilməsi barədə şikaət daxil olub. Məsələnin ən ilginc tərəfi ordadır ki, vətəndaşın yəni şikayətçi olan Qarabağ əlilinin hüquqlarını qorumalı olan İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bu məsələdə tamaşaçı rolunda qalıb. Sizə 2 qrup Qarabağ əlilinin şikayət əqizəsini təqdim edirik:

01.11.2015 ci ildə, İnşaatçılar metrosunun yaxınlığında yerləşən"Mılnaya Opera" kimyavi təmizləmə məntəqəsinə, kosmetik qələmin qoyduğu kiçik ləkəni təmizləmək üçün qadın üst geyimi - dəri kürk (dublyonka) verdik. Təhvil verən zaman, qəbulda oturan qadın parıltısında bəzi itki ola biləcəini ehtimal edərək, RÜFƏT adlı texnoloqla məsləhətləşdi. Texnoloq dedi ki rəng, parıltı və strukturda HEÇ BİR dəyişiklik olmayacaq. Dublyonkanı qəbul etdilər. Əvəzində bizə bir ədəd qəbz mənası alan təxminən 4X6 sm ölçüdə bir kağız verildi. Üzərində qəbul edən əllə «30 man» yazdı. Bu o demək idi ki, qəbul edərkən xidmətə görə 30 manat ödənilməlidir. Deyilən vaxt geyimi götürmək üçün gəldikdə biz bu «qəbzi» verdik, və bizə rəngi tam dəyişmiş, bütün tikiş yerlərində büzülmələr, dərinin üstündə digirt-digirtlik, yanı, dublyonka istifadəyə tam yararsız halda olmasını görüb dublyonkanı qəbul etməkdən imtina etdik. Bizə dedilər ki onu təmir etmək mümkündü. Bir neçə gün gözləməmizi dedilər. Lakin ikinci dəfə gəldikdə dublyonkanın tam bərbad vəziyyətdə olduğunu gördük. Bizə yeni dublyonka, yaxud dəyərinin kompensasiya edilməsini tələb etdik, və məntəqədə kompensasiyadan imtina etdilər.
19.11.2015, (daxilolma qeydiyyatı 13/4526) İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etdik. Bir ay danışıqlar nəticəsində Departamentdə məntəqə nümayindəsinin müdürü, həmin texnoloq kimi təqdim edilən Rüfət və bzimlə birgə görüş keçirildi, dublyokaya baxış oldu, və razılığa gəldilər ki, 1200 manat dəyərli geyimin bazardan 850 manata almağımıza baxmayaraq, biz «Sədərək» TMdən bu qiymətdən yuxarı olmamaq şərti ilə uyqun geyim seçirik, məntəqə işçisinə bildiririk, və məntəqə nümayindəsi beş gün ərzində bu geyimin dəyərini bizə ödəyir, yaxud da satışdan razılaşma yolu ilə bu malı alıb bizə təhvil verir.
Bu barədə Departamentdə mənə müvafiq ərizə yazdırıldı, və iş dayandırıldı. Qeyd olundu ki, "Mılnaya Opera" nın nümayəndəsi bu şərti təmin etməsə iş yenidən qaldırılacaq.
20.12.2015 də «Sədərək» TM-də bu tipli dublyonka tapdıq, və dəyərini razılaşma yolu ilə 1200 manatdan 580 manata endirdik. Bu isə KORLANMIŞ MALIN DƏYƏRİNDƏN 50-60% uçuzdur.
Bu barədə kimyəvi təmizləmənin texnoloqu Rüfətə telefon vasitəsi xəbər verdik, fotoşəkillərini, kodlarını internetlə yolladıq, və onunla razılaşdırdıq ki, biz 20 manat beh qoyuruq, Rüfət isə sabah gəlib bu malın dəyərini ödəyəcək. Axşam telefonla danışdıq, və Rüfətə dükanın vizit kartını verdik. Telefon danışıqlarının səs yazısını təqdim edə bilərik. Lakin nə sabahsı, nə də sonraki günlər, bizim təkidimizə baxmayaraq Rüfət nə dükana gedib, nə bizə malın dəyərini ödəmir, indi isə telefona da cavab vermir. Bir neçə dəfə Rüfətə zəng etdik, lakin son danışıqda Rüfət həyat yoldaşım Hüseynova Lalə ilə kobud, təhqiramiz tərzdə danışdı. Dedi ki nə biz, nə də İqtisadi İnkişaf Nazirliyi ona heç bir təsir göstərə bilməz, sonunda əlavə etdi ki «Ged nə eləyirsən elə». Lakin buna baxmayaraq, məsələni dərinləşdirməmək üçün, bir qarşılıqlı addım kimi mən yenə ona zəng etdim. O zənglərə cavab vermədi, və mən 26.12.2015, saat 12.31də aşağıdakı SMSi ona göndərdim: «Rüfət, Sədərəkdən, Simpatiyadan zəng etdilər, soruşurlarki, dublyonkanı alacaqsız ya yox? Ya özünüz alın, ya pul verin biz gedib alaq»
Lakin bu SMSə də cavab gəlmədi. Bu SMS dolların kursunun qalxdığı, və bazarda idxal malların qiymətlərinin daha qalxdığından sonra olub.
Hal hazırda belə dublyonka bazarda ən azı 1600 manata təklif olunur, real alışı 1200 manatdır.
Əlavə olaraq qeyd edirəm ki, həyat yoldaşım qış üst geyiminin olmaması səbəbindən bir işə gedə bilmir, və ailəmiz böyük maddi zərər çəkib.
Və nəzərə alsaq ki mən II qrup Qarabağ müharibəsi əliliyəm, və ailəm yalnız əlil təqaüdü və Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə dolanır Həmin düblyonkanın itkisi mənə nəinki böyük mənəvi zərər gətirib, və eyni zamanda ailə büdcəsinə maddi zərər də.
Bunları nəzərə alaraq, xahiş edirəm mənim müraciətimlə əlaqədar məsələnin , mənə dəymiş 1800 manat maddı və qış paltarının olmaması nəticəsində mümükün olan, lakin almaq imkanı olmayan gəlirlərin və itkilərin, həyat yoldaşımla UZUN MÜDDƏT axtardığımız, və ona hədiyyə olaraq aldığımı itirdiyimizə görə 25000 manat mənəvi zərərin, kompensasiyasını "Mılnaya opera" müəssisəsindən alınması üçün məhkəməyə müraciət etməkdə hüquqi yardım edəsiniz, yaxud hüquqlarımın bərpası üçün digər bir yolunu güstərəsiniz.

"Mılnaya opera" müəssisəsində qoyulmuş qanunsuzluğun, qəbul olan malların qeydiyyatının, qəbul zamanı heç bir deffekt aktı, və, və yaxud malın vəziyyətinin təsviri barədə sənəd tərtib edilməməsinin, naməlum məqsədlərlə xidmətlərin uçotunun aparılmamasnın araşdırılması isə aidiyyatlı instansiyalara qalır.


Hüseynov S.U.
08.01.2016
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.