Tahir Kərimovla YAP-ın sədri Rəşad Cəbrayılov arasında konfılikt qızışıb
9-01-2016, 22:20
Son bir neçə ayda Salyan RİH-nn başçısı Tahir Kərimovun ətrafında cərəyan edənlər istər-istəməz sual doğurur: bunlar təsadüfdür, yoxsa əvvəlcədən düşünülmüş, hazırlanmış ssenarilər..? Söhbətin nədən getdiyi yəqin ki, hamıya olmasa da çoxlarına bəllidir. Bir il əvvəl Gül bayramındakı mərasimdən çəkilmiş şəkilləri yenidən gündəmə gətirmək görəsən kimin ağlına gəlib...? Əlbəttə, hind kinolarındakı bəy-oğlanın hərəkətlərini xatırladan şəkillər heç kimə hörmət gətriməz, icra başçısı kimi mühüm dövlət məmuruna isə, ümumiyyətlə yaraşmaz. Şəkillərə baxanda fikirləşirsən ki, hörmətli Tahir müəllimin bircə “ Xaaatuubaaaa..” oxuması çatışmır.
Ancaq bu şəkilləri niyə o zaman deyil, məhz 1 il sonra ortaya çıxarıblar..? Məqsəd nədir..? Gül bayramından şəkil söhbəti bitməmiş “Xocalının azad edilməsi....prezidentin Xocalıya səfəri...və Tahir müəllimə söz verməsi...” kimi əcaib tamaşa ortaya çıxdı. Düzü, bu tamaşaya təkrar-təkrar baxanda xəcalət çəkirəm. Bu biabırçılıq kimin ağlının, kimin fantaziyasının nəticəsidir..? Tanıyanlar bilir ki, Tahir müəllim elə də dərin intellekt, fantaziya sahibi deyil ki, belə əcaib tamaşaların müəllifi ola. Həm də bu iki əcaib məsələnin ard-arda gündəmə çıxarılması təsadüf ola bilməz. Kimlərsə, bunu məqsədli şəkildə, özü də çox məharətlə qurublar... Hər halda bu heç kimə hörmət, başucalığı gətirən məsələ deyil.
Nəzərə almaq lazımdır ki, bu qarabasmanı xatırladan tamaşada ölkə başçısına da rol ayrılıb...Bunları kim (lər) törədib..? ...Əldə etdiyimiz məlumata görə, gündəmə buraxılan bu əcaib səhnələrə görə, Tahir Kərimova Prezident Administrasiyasında ciddi şəkildə sonuncu xəbərdarlıq edilib. Və yəqin ki, baş verənlər başçının karyerasını yaxın aylarda bitirəcək. Bəs başçı vəzifəsinə kimlər namizəddir..? Salyan RİH-dəki mənbədən NUH.az-a daxil olan məlumata görə, Xızı RİH-nin başçısı Xəzər Aslanov xeyli vaxtdır ki, Salyan rayonunun başçısı olmağa hazırlaşır. Və ən əsası indiki icra başçısı Tahir Kərimov üçün də bu variant ən məqbuldur. Ancaq ortada başqa bir iddiaçı da var və bu namizəd Tahir Kərimov üçün arzuolunmazdır.
Söhbət YAP-ın Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılovdan gedir. Mənbənin verdiyi məlumata görə, yazının əvvəlində qeyd etdiyimiz məlum 2 olaydan sonra Rəşad Cəbrayılovla icra başçısı Tahir Kərimov arasında ciddi insident baş verib. Mənbə onu da bildirir ki, Rəşad Cəbrayılov general Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun yaxın qohumudur.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az