Baku MEDİCAL PLAZA Ölüm Kabusu? Mərkəz rəhbəri PƏRVİZ ŞÜKÜROV mediadan niyə qaçır? Həbs isə qaçılmazdır!

24-06-2020, 09:52           
Baku MEDİCAL PLAZA Ölüm Kabusu?
Şəkildə gördüyünüz şəxs 3 nəfərin ölümünə baiskar olmuş "həkim" Siruz Qoçxanini işə götürən və əməliyyatların icrasına buraxan, Baku Medical Plaza Babək filialının direktoru Pərviz Şükürovdur.

Qeyd edim ki, Siruz Qoçxani Azərbaycanda fəaliyyət göstərdiyi müddət ərzində "Əhalinin Sağlamlığının Qorunması" haqqında qanuna uyğun olaraq tibb işçilərin sertifikasiyadan keçməyib və praktiki tibbi fəaliyyət üçün şəhadətnamə almayıb. Təhsil Nazirliyi isə bu yaxınlarda Siruz Qoçxaninin tibb təhsilinin olmasına baxmayaraq, cərrah olmadığına dair mətbuata açıqlama verib.

Sözügedən faktlar əlbəttə ki, Pərviz Şükürova əvvəlcədən bəlli olub. Amma o, buna baxmayaraq, plastik-estetik cərrahiyyə üçün Baku Medical Plaza-a müraciət edən şəxslərin həyatını vəzifəli şəxs olaraq əsassız riskə məruz qoyub. Nəticə isə göz qabağındadır...

Pərviz Şükürovun da barəsində "CM"-in 308 və 314-cü maddələri ilə Xətai rayon prokuorluğunda araşdırma gedir.

İctimai vəkil Samir Zeynalov

XalqXeber.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru