SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ ÜZRƏ DÖVLƏT XİDMƏTİNDƏ BÜTÜN “QARA İŞLƏR”-İN BAŞINDA NOVRUZƏLİ ORUCOV DURUR
10-01-2016, 23:36
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində heç bir islahat həyata keçirilmir.
Müdafiə Nazirliyində rəhbər dəyişikliyindən sonra baş verən islahatlar nədənsə hələ də dayandırılıb. İnformasiyalara görə, bununla bağlı olaraq artıq hakimiyyətin ən yüyksək dairələrində problemlər yaşanır. Zakir Həsənovun müdafiə naziri təyinatından sonra ordu quruculuğu sahəsində aparılan islahatlar demək olar ki, məhz orduya çağırış ilə bağlı bağlı ciddi çətinliklər yaratmaqdadır.
Bilgi verən mənbə iddia edir ki, orduya çağırış işlərinin təşkili ilə bağlı olaraq islahatların aparılması işi birbaşa olaraq xidmət rəisi Arzu Rəhimovun müavini Novruzəli Orucova həvalə edilib. Lakin nədənsə bu islahatlarla bağlı xidmət daxilində yaradılmış komissiyanın rəhbəri kimi N.Orucov heç bir iş görmür. Məlumatlarda həmçinin deyilir ki, adıçəkilən xidmətdə bütün «qara işləri»n də başında adıçəkilən general dayanır. Mənbə bildirir ki, Novruzəli Orucov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində fövqəladə səlahiyyətlərə malikdir. Adamın Müdafiə Nazirliyi ilə hərbi xidmətə çağırış işləri ilə bağlı olaraq koardinasiya etməməsi də məsələni kifayət qədər qəlizləşdirir.
Mənbə bildirir ki, dövlət başçısının kifayət qədər razı qaldığı Müdafiə Nazirliyindəki islahatları demək olar ki, orduya çağırışla bağlı olaraq ağsayır. Məhz Arzu Rəhimovun yerinə keçmək istəyən N.Orucov islahatlara əngəl kimi öz rəisini təqdim etməyə çalışır.
Mətbuata danışan mənbəmiz deyir ki, adıçəkilən dövlət xidməti ən qısa zamanda dövlət xərclərinin ixtisarı ilə bağlı olaraq islahatlar nəticəsində Müdafiə Nazirliyinə birləşdirilə bilər. Mənbəmiz deyir ki, hətta çox qısa zamanda bu xidmətdə çağırış prossedurları ilə bağlı olaraq birbaşa olaraq Arzu Rəhimovla yanaşı Novruzəli Orucovun da işi yoxlanacaq.
\regionxəbər\
teref.az olaraq qarşı tərəfində fikirlərini dinləməyə hazırıq!