Müdafiə Nazirliyinin biznesmen “rəisləri” Müdafiə Nazirliyinin biznesmen “rəisləri”

25-06-2020, 00:29           
Müdafiə Nazirliyinin biznesmen “rəisləri”
Xatırladaq ki, dünən Aktualxeber.az-da “Müdafiə Nazirliyindən müdhiş saxtakarlıq” başlıqlı məqalə dərc etmişdik. Məqalə ehtiyatda olan kapitan Sadıqov Raul Xəqani oğlunun müraciəti əsasında hazırlanmışdı. Məqalədə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin nəzdindəki 4-cü təhqiqat bölmənin rəisi olmuş Bəxtiyar İbrahimov, həmin vaxt MN-nin Təhqiqat İdarəsinin rəisi Elçin Əliyev və Hüquq İdarəsinin keçmiş rəisi, polkovnik Rauf Kişiyevin qanunsuz əməlləri, saxtakarlıqları və müxtəlif maxinasiyalarla var-dövlətə sahiblənmələrindən bəhs olunurdu.
Reaksiyamıza yeni daxil olmuş məlumatlara görə E. Əliyevlə R. Kişiyev təqaüdə çıxıblar. B.İbrahimov isə Elçin Əliyevin vəzifəsinə sahiblənib, yəni MN-nin Təhqiqat İdarəsinin rəisi işləyir. Rəis mülki təhqiqatçıların və zabitlərin maaşını kəsir, onları incidir. Qanunları saymayan B.İbrahimov işdə saxladığı itinə baxmaq üçün ayrıca MAXE ayırıbdır. Yuxarıda adlarını çəkdiyimiz üçlüyün hər birinin hər kv.m 1500 manatdan yuxarı olan yeni tikilmiş binalarda bahalı və geniş evləri, Qubada, paytaxtda restoranları, obyektləri var. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə aparıldığı indiki zamanda onların bu pulları və əmlakları necə əldə etmələrini yəqin ki, bir soruşan olacaqdır. Ümidvarıq ki, hüquq-mühafizə orqanları zamanında lazımi tədbirlər görəcək və əsgərin haqqını yeyənlər, dövlətin pullarını mənimsəyənlər öz layiqli cəzalarını alacaqlar.
Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.