İcra başçısı karantində oğluna TOY ÇALDIRDI - FOTO

17-07-2020, 00:03           
İcra başçısı karantində oğluna TOY ÇALDIRDI - FOTO
Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev oğlu Turala toy edib.

Teref.az Axar.az-a istinadla xəbər verir ki, karantin müddətində toy etməkdən vaz keçməyən icra başçısı məclisi Yevlax şəhərində yerləşən villasında gerçəkləşdirib.

Məclisdə çoxsaylı qonaqların olduğu bildirilir.

Qeyd edək ki, Vidadi İsayevin oğlu Tural İsayev Yasamal Rayon İcra Hakimiyyətində Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsində baş məsləhətçi vəzifəsində işləyir.

Başçının qudası Fazil Həsənəliyevin isə Baş Prokurorluqda çalışdığı barədə mediada məlumat yayılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru