Keçmiş ekologiya naziri Hüseynqulu Bağırov mülklərini satışa çıxardıb- İDDİA

18-07-2020, 10:11           
Keçmiş ekologiya naziri Hüseynqulu Bağırov mülklərini satışa çıxardıb- İDDİA
Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycandakı mülk və torpaqlarını satışa çıxarıb.
Teref.az yazır ki, araşdırmaçı jurnalist Cavanşir Həsənli bu iddia ilə sosial şəbəkələrdə çıxış edib.
Siyahıdakılar:
1) Giləzidə 100 hektar zeytun bağı, möhtəşəm turizm istirahət mərkəzi,
2) Xızıda Altıağacda 70 hektar meşə ərazisi, dağın üstündə onlarla kottec;
3) Quba-Qəçrəş yolunda Qərb Universitetinin adına 60 hektar torpaq sahəsi, ferma, içərsində 5 hektarı əhatə edən göl, villalar;
4) Qəbələ, Oğuz, Qax, Zaqatalada hektarlarla qoz, şabalıd, fındıq bağları;
5) Astara İstisu ərazisində möhtəşəm istirahət mərkəzi.

Hüseynqulu Bağırovun övladları hazırda xaricdə məskunlaşıblar və Avropa ölkələrində çoxsaylı şirkətlərin və bir neçə otelin sahibidirlər.
Bakı Ağır Cinayətlər Məhkəməsində karantindən öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş vəzifəli şəxslərinin cinayət işi üzrə karantindən öncə başlamış yarımçıq məhkəmə prosesi var. Həmin iş üzrə keçmiş nazirin ünvanına ciddi ittihamlar səsləndirilib.
Ehtimal ki, onun Azərbaycandakı sərvətini kütləvi şəkildə satışa çıxarması həmin məhkəmə işi ilə bağlıdır, yaxud bütün biznesini xaricə köçürmək və birdəfəlik köçmək məqsədi güdür.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinlməyə hazırıq!
Teref.az















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.