"Hörmətli Azercell əgər oğurluq edirsizsə, haram xoşuvuz olsun." - AZERCELL-dən TƏZƏ ŞİKAYƏT

20-07-2020, 09:52           
"Hörmətli Azercell əgər oğurluq edirsizsə, haram xoşuvuz olsun." - AZERCELL-dən TƏZƏ ŞİKAYƏT
Teref.az yazır ki, şikayətçi Lalə Abbasova Azərcell-dən şikayət edərək yazır:
"Layla Abasova
Salam. Şikayətim Azercelldəndi.
Balansımda 28 azn ola ola 6.97 pul qalıb balansda. *1111 yığmışam deyirlər, mobil internet açıq qalıb ona görə. Mən internet paket götürmədən əvvəl və evdə WiFi ola ola mən niyə mobile datanı açıq saxlıyım ki? "
Teref.az olaraq qeyd etmək istəyirik ki, hqiqətən belə hallarla bağlı çoxlu şikayətlərimiz olur. Daha sonra şikayətçi Layla Abbasova yazır:
"İzah edə bilmədim, elə eyni şeyi təkrarladılar. Elə məntiqsiz bəhanə gətirirlər, ələ salırlar elə bil adamı.
15 manat bir çıxdılar balansdan, sonra 6 manat. Kimdəsə buna oxşar hal olub?
Hörmətli Azercell əgər oğurluq edirsizsə, haram xoşuvuz olsun."
Teref.az olaraq qarşı tərəfi dinləməyə hazırıq!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru