Psixiatr Ağahəsən Rəsulov “Covid 19”-u adi qrip hesab edir – Ruhi xəstələrin həyatı təhlükədə

21-07-2020, 00:00           
Psixiatr Ağahəsən Rəsulov “Covid 19”-u adi qrip hesab edir – Ruhi xəstələrin həyatı təhlükədə
Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan karantin rejiminin bəzi insanlarda yaratdığı sress, sosial-iqtisadi vəziyyətin ağırlaşması, müflisləşmək, borclu olmaq və digər amillər onlarda psixoz yarada, hətta ruhi xəstəliklərə düçar edə bilər. Belə xəstələr üçün ixisaslaşmış müəssisələr var. Onlardan biri də Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasıdır. Bəs 2000-dən yuxarı xəstənin müalicə aldığı, onların 90 faizinin müalicəsinin stasionar qaydada davam etdirildiyi, 80-ə yaxın həkimin, müəyyən sayda xəstə nəzarətçilərinin çalışdığı bu müəssisənin özü necə - koronavirusdan etibarlı qorunurmu?

Xəstəxananın birdən-birə 3 şöbəsinin koronavirus infeksiyasının yayılması səbəbindən bağlanıldığı deyilir. Redaksiyamıza daxil olan məlumata görə, bu qapalı tibb müəssisəsinə infeksiya mətbəxdən keçid alıb. Vəziyyəti öyrənmək, həmçinin infeksiyanın yayılması səbəbi barədə deyilənlərə münasibətini öyrənmək üçün xəstəxananın baş həkimi Ağahəsən Rəsulovla telefon əlaqəsi yaratdıq. Baş həkim xəstəxananın bəzi şöbələrinin koronavirus səbəbindən bağlandığını təkzib etmədi və burada təəccüblü bir şey olmadığını dedi:

- O boyda pandemiya yayılıb. Respublikanın bir çox xəstəxanaları, onların şöbələri məlum səbəblə bağlanıb. Bura da xəstəxanadır.

- Axı o xəstəxanalar həm də koronaviruslu xəstələrin yerləşdirilib müalicə aldığı xəstəxanalardır, sizin xəstəxana isə qapalı tibb müəssisəsidir...

- Nə olsun, Covid – 19 da qripdir, amma bir az ağır növüdür, ölüm faizi qripinkindən artıqdır. Necə olur ki biz qripə yoluxuruq? Qrip necə yayılırsa, koronavirus da elə yayılır. Biz də hamı kimi evə gedib işə gəlirik, ictimai yerlərdə, nəqliyyatda oluruq. Bir də görürük raslaşdıqlarımızdan kimlərsə öskürüb - asqırır, sonra bir də görürük özümüzün də qızdırmamız qalxıb, burnumuz axır...

- Siz bu xəstəliyi qriplə eyni tutursunuz, bəs qorunma tədbirlərini vacib hesab etmirsiniz?

- Yox-yox-yox, siz səhv edirsiniz. Bura xəstəxanadı, hər gün təcili yardımla 20-30, bəzən 40 xəstə gətirirlər. Ola bilsin, bura gətirilməzdən qabaq evlərində kontaktda olduqları şəxslərdən yoluxublar. Bura gələndən beş gün sonra əlamətləri özünü göstərir.

- Bəs təzə gətirilən ruhi xəstələr koronovirus testindən keçirilmir?

- Göstəriş yoxdursa, yəni əlamətlər – qızdırma, boğulma və s. müşahidə olunmursa, xeyr. Onlar qayda üzrə izolyatora götürülür, bir gün ərzində onlardan analizlər alınıb yoxlanılır, bir-iki gün sonra çıxıb aidiyyəti şöbəyə yerləşdirilirlər. Amma yenə deyirəm, göstəriş yoxdusa, koronavirus testindən keçirilmirlər.

- Belə çıxır ki, sizin xəstəxanada müalicə alanlar hazırda Allahın ümidinə buraxılıb?

- O nə sözdür? Bu nə qeyri-professional söhbətdir? Gedin, peşəkarlığınızı, bilgilərinizi artırın.

- Siz necə öz sahənizdə professionalsınızsa, biz də öz işimizdə elə peşəkarıq.

Və söhbət bitdi. Allahın adını çəkən kimi baş həkimin gözündə “qeyri-peşəkar” olduq. Ola bilsin ki, Ağahəsən həkim allahsız alimlərdən, müəllimlərdən dərs alıb. Amma bu məqamda ona xatırlatmaq istəyirik ki, Allaha inanmaq heç kəsin öz işində peşəkarlığına kölgə salmır. Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyeva da ixtisasca həkimdir. Ali tibb təhsilini SSRİ dövründə Rusiyada alıb. Birinci xanım koronavirusla əlaqədar Azəbaycan xalqına müraciətini bu cümlə ilə yekunlaşırdırmışdı: “Ulu Tanrı bu çətin gündə hamıya kömək olsun”. İndi Ağahəsən həkimin təbirincə, “Ulu Tanrı” ifadəsini işlətdiyinə görə birinci ledi də qeyri-professionaldır?

Yeni növ koronavirusu mövsümi qriplə eyni tutub qorunmağı əhəmiyyəsiz hesab edən baş həkim nəzərə almır ki, insanların orqanizmində qripə qarşı immunitet var, amma COVİD-19 yeni növ xəstəlik olduğuna görə orqanizm onu tanımadığından, immun sistemini yetərincə səfərbər edə bilmir. Onu da bilmir ki, koronaviru yanaşı xəsəliyi olanları canını daha tez alır. Ruh düşkünlüyü olanların immun sistemi də zəif olur. Həkim olasan, belə vəziyyətdə vaksin tapılana qədər qorunma tədbirlərinin vacibliyini qəbul etməyəsən – bu, nə deməkdir? İndi qoy oxucular özləri qərar versinlər - kim peşəkarlığını artırmalıdır.

Nyus.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.