Mover.az-dan narazılıq: "Türkiyə karqosunda 5 kq olan bağlama, Mover.az-da 7,34 kq olaraq qeyd ediblər"

24-07-2020, 01:10           
Mover.az-dan narazılıq:
Teref.az yazır ki, Bəhruz Şükürov adlı vətəndaş Mover.az'la bağlı şikayətini ictimailəşdirib. Bəhruz Şükürov yazır:
Hər vaxtınız xeyir. Mən təxminən 2 həftə əvvəl Mover.az'la bağlı şikayət yazmışdım. İstədim sual verəm ki, həmin paylaşımımı xatırlayırsızmı ya yox? Sonra fikirləşdim ki, Mover.az'la bağlı o qədər şikayətlər var ki, mənim paylaşımım çətin yada düşsün. Əvvəlki şikayətimdə bağlamamla bağlı 2 aydır heç bir xəbər almadığımı qeyd eləmişdim.
Teref.az xəbər verir ki, daha sonra vətəndaş şikayətində qeyd edir:
Mover.az'a göndərilən maillər, mesajlar hər biri cavabsız qalırdı. Taa ki, burda şikayət yazana qədər. Şikayətdən dərhal sonra bağlamam gəldi çıxdı Bakıya. Okay, bura qədər hər şey normal. Bağlama getdi çıxdı Bakıdakı ofisə. İndi isə bir əmma var. Bağlamanın Türkiyədəki daşıyıcı, kargo şirkəti bağlamanı 5 kq qeyd etdiyi halda Mover.az həmin bağlamanı 7,34 kq olaraq qeyd ediblər. 3 gündü mesaj yazmışam heç bir nəticə yoxdu. İndi nə edək, dərdimizi kimə deyək, a dostlar?
Teref.az olaraq qarşı tərəfin fikirlərini işıqlandırmağa hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.