BOLT taksi şirkəti hansı qanunlarla işləyir: "Qəpik verilməyib. Lakin, nağd pul olmayanda, və kart olanda 50 qəpiklərnən pul verəndə də sifət edir bəziləri." ŞİKAYƏT

24-07-2020, 01:25           
BOLT taksi şirkəti hansı qanunlarla işləyir:
Teref.az yazır ki, Cəmilə Əlizadənin (Jamilya Alizade) şikayəti BOLT taksi şirkətindədndir.Əslində bu şikayət hamının ağrılı yeri olduğu üçün teref.az-da bu şikayətə qoşulur.Həqiqətən hörmətli BOLT və bəzi taksi şirkətləri nə zaman sizlər Azərbaycan qanunvericiliyinə uyğun işləyəcəksiniz?
Beləliklə Cəmilə Əlizadə yazır:
Hörmətli BOLT.

BEZDİRMİSİNİZ.

Kart problemi nə zaman həll olunacaq?

Sürücüləriniz nə zaman başa düşəcək ki, sifarişi qəbul edib, ünvana gəlib, sonra isə ödənişin kart vasitəsi ilə olduğunu görəndən sonra “mən getmirəm, düşün” , “imtina edirəm, çatdırmayacam bağlamanı” demək insanlığdan uzaqdır?
Sizin sürücələriniz düşünmür ki, sabah bu bədbəxt müştərilərin yerində özləri ola bilər?
Qəpik verirsən-bəyənmirlər, kartla ödəniş edirsən-yenə bəyənmirlər.

Günah bizdədir ki, hər dəfə deyinib, sonra yenə sizə müraciət edirik.
P.S. Qəpik verilməyib. Lakin, nağd pul olmayanda, və kart olanda 50 qəpiklərnən pul verəndə də sifət edir bəziləri.
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru