"Dynamic express" kaarqo şirkəti müştərilərin başına oyun açır - İTTİHAM/FOTO

26-07-2020, 12:50           
"Dynamic express" kaarqo şirkəti müştərilərin başına oyun açır - İTTİHAM/FOTO
Teref.az yazır ki, bu gün ən çox şikayət olunan həmdə karqo şirktləridir. Elə təəsürat yaranır ki, bu şirkətlər Azərbaycan qanunları ilə işləmir və ancaq vətəndaşlaa əziyyət vermək üçün yaradılıb. Teref.az olaraq vətəndaş Xanım Rəşhad (Khanim Rashad)-ın kaarqo şirkəti olan Dynamic express’dən şikayətini təqdim edirik:
Şikayətim kargo şirkəti olan Dynamic express’dəndir.

İyun ayının 21i sifariş etdiyim nə az nə çox düz 5 bağlamam (500azn +luq) ortada yoxdur 27 gün olacaq.27 gündür təslim edilib məhsul (bunların işçisi tərəfindən götürülüb) amma bilinmir hardadır.

Telefonları isə daim məşğuldur, xəttə azı 3 dəqiqə gözlədikdən sonra (ödənişli öz hesabınıza) zənglərə cavab verilər bəlkə.Onda da şikayətə aldığınız cavab maksimum “ hə sorğu göndərdik baxılacaq şikayətinizə”

Təsəvvür edirsiniz ki, hər gün zəng etdim və hər gün mənə “Müştəri kodunuzu deyin şikayətə baxılacaq” dedilər ?

Artıq əsəblərim tab gətirmir, çünki sifarişlər özümün deyil, müştərilərimindir və insanların qarşısında daşıdığım məsuliyyət bu məsuliyyətsiz və işini düzgün görə bilməyən şirkətə görə pozulur! Əsəblərimi və maddi yöndən mənə ziyanını heç demirəm.

PS. Axırıncı dəfə İnterex vasitəsilə sifariş etdim , ümid edirəm problem çıxmaz.
Çox xahiş edirəm , bildiyiniz ,sınayıb razı qaldığınız şirkət varsa qeyd edin.Sevinərəm!

Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.