Raqub Məmmədovla bibisi oğlunun birgə UĞURu: ARAŞDIRMA

15-01-2016, 23:42           
Raqub Məmmədovla bibisi oğlunun birgə UĞURu: ARAŞDIRMA
“Uğur-2014” MMC-nin fəaliyyəti ilə bağlı yeni məlumatlar var…

Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun bibisi oğlu Adil Allahverdiyevin adına “Uğur-2014” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) yaratması, təmir-tikinti işlərini bir qayda olaraq bu MMC-yə həvalə etməsi haqqında redaksiyamıza daxil olan məlumatı oxucularımızla bölüşmüşdük. Bir neçə gün öncə dərc etdiyimiz “İcra başçısının “Uğur-2014” seçimi” sərlövhəli yazımızda dayıoğlu-bibioğlunun iş birliyindən və bu iş birliyinin rayondakı sahibkarlara vurduğu zərbədən az da olsa yazmışdıq.
Həmən yazıdan sonra teref.az yazır ki, xeberinfo.com-a daxil olan yeni məlumatlar və apardığımız araşdırmalar bu iddiaların səhihliyi ilə yanaşı, Ağdam rayonunda baş verən bəzi maliyyə əməliyyatlarına da aydınlıq gətirdi. Bu məlumatlarda konkret faktlar, rəqəmlər yer alır. Məsələn, icra başçısı Raqub Məmmədovun Quzanlı qəsəbəsinin Heydər Əliyev prospektində abadlıq işlərinin görülməsi adı altında israf etdiyi büdcə pullarından iri bir tikəsi, 48 320 manatı (devalvasiyadan əvvəl) bibisi oğlu Adil Allahverdiyevin rəhbərlik etdiyi “Uğur-2014” MMC-nin vasitəsilə nəğdləşdirilib. Ancaq bu 48 320 manat icra başçısının bibisi oğlunun şirkətinin payına düşən sonuncu büdcə vəsaiti deyil. Belə ki, Ağdam rayon İcra Hakimiyyəti Ağdam şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə yaşıllaşdırma işləri üçün büdcədən ayrılmış 9990 manat büdcə vəsaiti də “Uğur-2014” MMC-nin payına düşüb...
Çox maraqlıdır ki, icra başçısı Raqub Məmmədovun bibisi oğlu Adil Allahverdiyevin rəhbərlik etdiyi “Uğur-2014” MMC-nin hüquqi ünvanı Quzanlı Bələdiyyəsinin binası göstərilib(?) Bu fakta rəsmi qurumların mövqeləri də maraqlı olardı. (Qarşıdakı günlərdə buna cəhd edəcəyik.) İcra başçısı ilə bibisi oğlunun işgüzar münsibətlərinə dair başqa bir məlumat isə ondan ibarətdir ki, Raqub Məmmədov İqtisadiyyat və Sənaye Nazirliyinin xətti ilə biznesin inkişafı məqsədilə verilən güzəştli kreditlərdən Adil Allahverdiyevin adına iri məbləğin ayrılmasına nail olub. Ağdam rayonundakı mənbələrimizdən aldığımız məlumatlarda Adil Allahverdiyevin adına rəsmiləşdirilən kreditin 120 və ya 150 min manat olduğu iddia olunur. Mənbənin biri kreditin 120 min manat, digəri isə 150 min manat olduğunu bildirir. Kredin məbləği ilə bağlı fərqli məlumata malik olsaq da, ortada bir həqiqət var: Raqub Məmmədov icra başçısı təyin edilməzdən əvvəl Adil Allahverdiyev iş adamı və ya fermer təsərrüfatı olan şəxs kimi tanınmayıb. Rayonda dolanan məlumata görə həmin kredit de-fakto icra başçsına çatıb. Mənbəmiz qeyd edir ki, həmin kredit məsələsi ilə bağlı bəzi rayon sakinləri aidiyyatı orqanlara, o cümlədən də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarsıinə müraciət edərək, heç bir təəsrrüfatı olmayan birinə belə iri məbləğdə kredin ayrılması ilə bağlı rayon sakinlərinin şübhələrinə aydınlıq gətirilməsini istəyiblər. Hətta əldə etdiyimiz məlumata görə, Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun fəaliyyətinə hüquqi qiymət verilməsi tələbi olan bir neçə ərizə və məktub baş prokuror Zakir Qaralovun masasının üstündədir. Yaxın günlərdə artıq bu istqiamətdə ilk addımlar atıla bilər.
Ağdam rayon icra hakimiyyətinin başçısı Raqub Məmmədovun bir qayda olaraq haqqında mətbuatda gedən məlumatlara etinasız yanaşaraq münasibət bildirmədiyinə görə, bu məlumata da münasibət bildirəcəyini gözləmirik. Bu istiqamətdəki cəhdlərimiz də nəticəsiz qaldı…
Mövzunun davamı olacaq.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.