BNA-dan şikayətlər durmadan çoxalır: "Bu qədər biyabırçılıq olar?"

9-09-2020, 00:03           
BNA-dan şikayətlər durmadan çoxalır:
Teref.az yazır ki, sosial şəbəkə fəalı Adil Ağayev öz şikayətində yenədə hamının ağrılı yeri olan karta balans vurmaq üçün terminal axtarışı problemindən yazıb.
Adil Ağayev şikaytində yazır:
Hörmətli qrup üzvləri, Şikayətim BakıKart və BNA-dandır hazır ki, vəziyyətdə bilmirəm ki, bu məsələyə hansı qrum nəzarət edir. Bu qədər biyabırçılıq olar? Avtobusa minmək üçün bu gün kartıma balan vurmağa yer tapa bilmədim. Çünki heç bir dayanacaqda balansı artırmaq üçün normal bir terminal yoxdur.
Ancaq milliönə bənzər aparatlardı, olarında heç biri çalışmır. Gəldim Sahil tərəfə yazdı ki, xidmət müvəqqəti çalışmır. 28-ə düşdük Milli Bankın önünə ordada yazdı ki, işləmir.
Gəldim Dəmir yolu vağzalı tərəfə orda da dayanacaq terminal yox idi. Belə şey olar? Biz gəncik ama bunun yaşlısı var hamiləsi var uşaqla olanı var. Metro zatən işləmir, niyə bu məsələyə baxılmır?. Məcbur olub sonda taksi sifariş vermişəm. Zatən karantin rejimi yetəri qədər insanları stresslə boğdu. Heç olmasa bu məsələlərə ciddi nəzarət edilsin. Heç bir yerdə normal işləyən terminal yoxdu. Təcili şəkildə bu məsələ həllini tapmalıdır.!
Teref.az olaraq BNA-nın bu haqlı şikayətlərə mövqeyini bildirməyini gözləyirik!
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru