İradə Gülməmmədova Abşeronda bazar açıb

21-01-2016, 01:17           
İradə Gülməmmədova Abşeronda bazar açıb
Rayonun icra başçısı problemləri bir kənara tullayaraq, pul qazanmaqla məşğuldur

Abşeronun yeni icra başçısı İradə Gülməmmədova vəzifə başına keçər, keçməz bütün imkanlarını səfərbərliyə alıb.Demokratiya.info xəbər verir ki, imkanların səfərbərliyə alınmasının səbəbi heç də camaata xidmət etmək deyil, əksinə, onların işini bir qədər də çətinləşdirməkdir.
Məsələn, icra başçısının təlimatı ilə hazırda Abşeron rayonunda torpaq sahəsi üzərində ev tikmək istəyənlər 5000 manat verməlidirlər. Lakin əvvəllər bu rəqəm 2500-3000 manat aralığında dəyişirdi. Bundan başqa, İradə Gülməmmədova ayrı-ayrı obyekt sahiblərindən də aylıq olaraq haqq yığrdırır və bu işi onun müavinləri həyata keçirirlər.

Amma İradə Gülməmmədovanın idarəçiliyində ən çatışmayan cəhətlərdən biri də rayonda bazar açmasıdır. Belə ki, xanım icra başçısı artıq Abşeronda hər şeyin alınıb, satıla biləcəyi rəyini yaradıb. Bu səbəbdən də hətta başqalarına məxsus əmlakların elə bir digərinə satılması halları müşahidə olunmaqdadır.

Demokratiya.info onu da bildirir ki, hal hazırda Abşeron rayonunda bir sıra ciddi problemlər baş qaldırıb. İcra başçısı onların aradan qaldırılması üçün çalışmaq əvəzinə, daha çox ört-basdır edilməsinə çalışır. Əksəriyyəti Zakir Fərəcov dönəmindən qalmış olan həmin problemlərin daha nə qədər həll olunmamış qalacağı isə kimsəyə məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.