Zərdab və Lerikdə də əməliyyat baş tuta bilər... - İLGİNC İDDİA

8-12-2020, 09:44           
Zərdab və Lerikdə də əməliyyat baş tuta bilər... - İLGİNC İDDİA
Dünən hüquq-mühafizə orqanlarının Cəlilabad rayon icra hakimiyyətində xüsusi əməliyyat keçirməsi və icra başçısı ilə yanaşı bir neçə vəzifəli şəxsin həbs olunması haqda informasiyalar yayıldı. Əslində Vətən Savaşından sonra "yuxarıların" icrası təbii səbəblərdən ertələnmiş radikal islahatlara gedəcəyi gözlənilən idi və Cəlilabaddakı hadisələr də məhz hakimiyyətin "5-ci kolon"a və onun qalıqlarına qarşı növbəti addımı kimi dəyərləndirildi.

DİA.AZ-a daxil olan məlumatlardan belə aydın olur ki, ən yaxın hədəfdə daha iki rayon da var ki, həmin ünvanlarda da hüquq-mühafizə orqanlarının müdaxiləsi zəruri hesab olunur.

Mənbənin dia.az-a söylədikləri: "Söhbət konkret olaraq Zərdab və Lerik rayonlarından gedir. Doğrudur, Rövşən Bağırovdan fərqli olaraq Mərdan Camalov Zərdabdakı postunda yenidir, amma illər uzunu Şirvan şəhərini rəsmən diziüstə çöpkdürmüş Camalovun "bu sənətdə" yeni olduğunu söyləmək mümkün deyil. Rövşən Bağırova gəlincə isə uzun illərdir Leriki rəsmən talayan bu başçı ilə bağlı "yuxarılara" bəs deyilən qədər şikayətlər ünvanlanıb. Yəni hər iki başçı "yetişmiş" hesab oluna bilər..."

Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru