“Azəryolservis”-in Cəlilabaddakı kadrı hədəfdə - Cəlilabad sakinləri Xudayar Rəhimovun da həbsini istəyir

9-12-2020, 05:46           
“Azəryolservis”-in Cəlilabaddakı kadrı hədəfdə -
Dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad Rayon İcra Hakimiyyətinin inzibati binasında əməliyyat keçiriblər. Əməliyyat nəticəsində icra başçısı Namiq Zeynalov rüşvət alarkən yaxalanıb. Cəlilabad rayonunun bir sıra vəzifəli şəxslərin saxlanıldığı bildirilir.
Əməliyyat təkcə İH ilə məhdudlaşmayıb.
İcra Hakimiyyətinin inzibati binası ilə yanaşı, icra başçısı Namiq Zeynalovun yaşadığı evdə də axtarış aparılıb. İcra Hakimiyyətinin binasında əməliyyat getdiyi müddətdə ora heç kim buraxılmayıb. Vətəndaşların çox şikayətləndiyi idarələrdə də yoxlama aparılır. Uşaq bağçalarına ayrılan vəsaitlərdən tutmuş, sosial yardımlara qədər, bir çox məsələlər araşdırılır. İcra başçısının müavini Elnarə Həsənova ciddi şəkildə sorğu-sual olunur.

Şəhər və kənd icra nümayəndələrindən də dindirmələrə cəlb olunanlar var.
Qeyd edək ki, Namiq Zeynalov 2018-ci il fevralın 6-dan bu vəzifədə çalışır. Bu vəzifədən öncə o, Əmlak Məsələləri Dövlət Komitəsində Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində işləyib. N.Zeynalovun Prezident Administrasiyasının Dövlət Nəzarəti Məsələləri şöbəsinin müdiri, prezidentin köməkçisi Kərəm Həsənova yaxın olduğu bildirilir. K.Həsənov Əmlak Məsələləri Dövlət Komitəsinə rəhbərlik edəndə N.Zeynalov onun müavini olub. K.Həsənov Cəlilabad rayonundandır. Onun qardaşı Malik Həsənov Cəlilabadın deputatıdır.

Namiq Zeynalov rayona rəhbər təyin ediləndən sonra onun haqqında istər mətbuat səhifələrində, istərsə də sosial şəbəkələrdə tənqidi xəbərlər dərc olundu. İcra başçısı ikimi işlədi iki il müddətində o daha çox rayonun çapıb talayan bir başçı kimi qaldı. Onun himayədarlıq etdiyi digər məmurlar da dövlət büdcəsini çapıb-talamaqda heç də ondan geri qalmırdılar.
Namiq Zeynalovun “day-daylıq” etdiy məmurlardan biri də Cəlilabad Yol Tikinti İdarəsinin rəisi Xudayar Rəhimov 12 ildir dövlət vəsaitini mənimsəyir.
Xudayar Rəhimov mənimsədyi pullara özünə “oliqarx” həyatı yaradıb. Yol idarəsi rəisinin 10 AD 044 nömrə nişanlı “Range Rover” markalı avtomobili, 10 TB 444 nömrəli “Mercedes CL”, 10 BT 444 nömrə nişanlı “Porche Caen”, 90 AA “160 Lexus” markalı maşın kolleksiyası var.
Bundan başqa X.Rəhimovun Masallı İstisu istirahət mərkəzi ərazisində malikanəsi, asfalt zavodu, Bakıda bağ evləri, mənzilləri var.
Bu azmış kimi, Xudayar Rəhimov Təhsil Nazirliyinin məsul şəxsləri ilə əlaqə yaradaraq, məktəb tikintisi həyata keçirirdi. Həmin vəsait də korrupsiyanın qurbanı oldu. Misir Mərdanov nazir vəzifəsindən getdikdən sonra özünə “Azəryolservis”s yer tapdı.
O, 46 saylı Cəlilabad Regional İdarəsinə rəis təyin olundu. Lənkərandakı bina örtüyünün yenilənməsinə ayrılan pulları da mənimsəyib. Yaxın qohumlarını, işləyib-işləməyəni başına yığıb, maaşla təmin edir.
Masallıda Kolatan Sığda yolun çəkilişinə ayrılan pulları, Masallı-Həsənli-Xırmandalı yoluna ayrılan vəsaitləri, Masallı-Digah-Alvadı – Yeni Zuvand yoluna ayrılan maliyyəni, Cəlilabad-Göytəpə-Ağdaş-Soyuq Bulaq istiqamətinə ayrılan pulları mənimsəyib. Bütün bu işləri görməkdə ona şəriki
O cümlədən Astara Astara-Zəngilaş, Kazımabad-Muğam-Maşlı yolu üçün ayrılan pullar oğlunun “Elnur 2” firması vasitəsi ilə mənimsənilib.
Bu korrupsiya girdabına batmış Xudayar Rəhimov öz əməlləri azmış kimi oğlu Elnur Rəhimovu DYP-də, ikinci oğlu Elmar Rəhimovu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işə düzəldib.
Hər bir halda artıq Xudayar Rəhimovun hamisi icra başçısı “qara paltarlılar” tərəfindən aparılıb. İndi də milyon manatlarla dövlət vəsaitini mənimsəyən Xudayar Rəhimovun öz növbəsi çatıb.
“Qara paltarlı” qardaşlar, Cəlilabad sakinləri sizi bu dəfə Xudayar Rəhimovu aparmaq üçün gözləyirlər.
“Azəryolservis”in hörmətli rəhbəri Saleh Məmmədov, mümkünsə dövlətdən mənimsədiyiniz benizinin satışından vaxt ayırıb başınızı qaldırın, bölgələrdə rəhbər vəzifəsinə təyin etdiyiniz möhtəkirlərin dövlətin vəsaitini çapıb talamasını göz ardına almayın. aktualxeber.az/
Teref.az olaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.