Sumqayıtın “KARVAN” marketində COVİD-19 təhlükəsi VİDEO

10-12-2020, 07:19           
Sumqayıtın “KARVAN” marketində COVİD-19 təhlükəsi VİDEO
Son günlər COVİD-19 virusuna yoluxanların sayının 4000-dən aşağı düşmədiyini nəzərə alsaq deyə bilərik ki, bütün qapalı məkanlar kimi, iri supermarketlərdə də yoluxma təhlükəsi qaçılmazdır.Ölkədə pandemiya yayılmağa başlayandan Operativ Qərargahın tapşırıqlarına əsasən bütün iri supermarketlərdə karantin qaydalarına riayət olunması tələbi irəli sürülüb.
Teref.az-a göndərilən məqalə bununla başlayır. Daha sonra müəllif yazır ki, bəs marketlərin daxilində qoyulan tələblərə niyə riayət edilmir?

Artıq uzun müddətdir ki,Sumqayıtda “Karvan” marketə gələn müştərilərin hərarəti ölçülmür,əlləri dezinfeksiya olunmadan,tibbi maskasız alış-veriş üçün içəri daxil olmalarına icazə verilir.

Alıcılarla maarifləndirici söhbət aparılmır.

Marketdə direktor,administrator,digər rəhbər şəxslər və bir neçə satıcı COVİD-19 xəstələri olduqları halda marketdə dezinfeksiya işləri aparılmır,marketdə şəffaf arakəsmələr quraşdırılmayıb,marketin işçiləri COVİD-19 testindən keçməyiblər.Bu marketdə ümumiyyətlə özbaşınalıq hökm sürür.Narazı müştəriləri isə satıcılar çəkinmədən təhqir edir,hədə-qorxu gələrək heç kimdən çəkinmədiklərini söyləyirlər. ”Karvan” ticarət mərkəzinin sahibi Kamilin şəhər rəhbərliyində olan adamları onu himayə etdiyinə görə bu marketdə müştərilər təhlükə ilə üz-üzə qalıblar.
Teref.az olaraq qarşı tərəfin fikirlərini öyrənməyə hazırıq!
Teref.az













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru