Peşə məktəblərində tender maxinasiyası: Bir şirkət 10 gündə 8 tender qazandı (FOTO)

14-12-2020, 20:27           
Peşə məktəblərində tender maxinasiyası:
Dekabrın 14-də keçirilən tenderdə 16 saylı Bakı Peşə Liseyinin mühafizə xidmətinin satınalmasını "Gesco” ASC qazanıb.

Qaynarinfo xəbər verir ki, 12 aylıq mühafizə xidməti üçün ASC-yə 87 min 120 manat ödəniləcək. Yəni, hər ay 7260 manat.

Qaradağ rayonu, Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsi 2 ünvanında yerləşən 16 nömrəli Bakı Peşə Liseyində aşağıdakı ixtisaslar üzrə kadr hazırlanır:



- Elektrik maşınlarının təmiri üzrə elektrik çilingəri, elektrik qaz qaynaqçısı
- Təmirçi, çilingər, qaynaqçı
- Mühasib-fərdi kömpyuter operatoru.

Peşə liseyinin mühafizəsinə hansı səbəbdən ayda 7260 manat xərcləndiyi məlum deyil.

Qaynarinfo-nun apardığı araşdırmalar zamanı məlum oldu ki, "Gesco” ASC təkcə bu ay təhsil müəssisələrinin mühafizəsinin satınalınması üzrə keçirilən müsabiqələrin 8-ni qazanıb. Və bu tenderlərin məbləği heç də az deyil.

Həmin tenderləri təqdim edirik:

1.16 saylı Bakı Peşə Litseyi - 87120 AZN
2. 6 saylı Bakı Peşə Məktəbi - 87120 AZN
3. 2 saylı Bakı Peşə Məktəbi - 58080 AZN
4. Azərbaycan Dəmir Yolu liseyi - 87120 AZN
5. Bakı Dövlət Universitetinin Qazax Filialı -79985.28 AZN
6. Abşeron Binə Peşə Litseyi - 58080 AZN
7. 13 saylı Bakı Peşə Məktəbi - 58080 AZN
8. 15 saylı Peşə Litseyi - 58080 AZN



Qeyd edək ki, "Gesco” müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. 26 may 2005-ci il tarixində təsis edilən şirkət Bakı şəhəri də daxil olmaqla ölkənin müxtəlif bölgələrində xidmətlər göstərir. Şirkətin nizamnamə kapitalı 4 min manatdır. Şirkətin saytında yer alan məlumatlara görə, 2100-dən artıq mühafizəçisi var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru