Qazax Icra Başçısı Və Oğlunun 500 Minlik Avtomobilləri Və Rayondakı 3 Min Işsiz

15-12-2020, 00:10           
Qazax Icra Başçısı Və Oğlunun 500 Minlik Avtomobilləri Və Rayondakı 3 Min Işsiz
Qazax Icra Başçısı Və Oğlunun “Dekabr ayının 14-dən sərt karantin tədbiq edilir. Əla. Dəstəkləyirəm. Sağlamlıq önəmlidir.

Geriyə qalır “kiçik” bir problem. İnsanların sərt karantin dönəmində acından ölməməsi…

Vikipedik məlumatlara görə 2019-cu ilin siyahıya alınmasında Qazax rayonunun 28 min əhalisi var. Əmək və Əhalinin sosial müdafiəsi nazirliyinin Dövlət Məşğulluq idarəsinin internet saytında verilən məlumata görə Qazaxda 3 minə yaxın işsiz adam var. Qazax rayonu İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun və oğlu Elşən Babaşovun sürdükləri “BMW” və “Range Rover” avtomobillərinin 2-sinin bir yerdə qiyməti 500.000 avrodan çoxdur.”

Turantv.az xəbər verir ki, bunu sosial şəbəkədə aktiv olan vətəndaşlardan biri yazıb. Sonra o irinoya ilə davam edib:
“Növbəti 1 aylıq pandemiya dövründə ikisi də avtomobilini satıb pandemiyaya görə işini itirən, müharibədə əlini, ayağını, gözünü ayağını itirən insanlar arasında bölsələr insanlar bu çətin dönəmi keçirərlər.”

(Kaim.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.