Rövşən Əkbərovun şok biznes siyahısı —

16-12-2020, 17:58           
Rövşən Əkbərovun şok biznes siyahısı —


Rövşən Əkbərovun şok biznes siyahısı — Restoranlar, ticarət mərkəzləri, yaxta...
Tarix: Bu gün, 15:37 | Çap et
Rövşən Əkbərovun şok biznes siyahısı
Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərovun Ukraynadakı bir sıra biznes obyektlərinin siyahısı məlum olub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Rövşən Əkbərov Kiyevdə Dnepr çayının sahillərində bahalı restoranlara sahiblənib.

Azərbaycanlı general Ukraynada daha çox daşınmaz əmlak biznesinə malikdir. Bunların arasında hündürmərtəbəli binalar, ticarət mərkəzləri və restoranlar var.

Rövşən Əkbərovun çay kənarında yerləşən restoranlarında bahalı yaxtasının da olduğu deyilir.

Generalın sahib olduğu mülklərindən bəzilərinin adlarını oxuculara təqdim edirik:

Kiyev şəhəri, Dnepr çayı sahillərində yerləşən "Desant" və "Stariy Dzhorat" adlı restoranlar,

Kiyev şəhəri, "Obolonskyi" keçəsi 1B ünvanında yerləşən hündürmərtəbəli binalar, "Dream Town" ticarət mərkəzi.

Məlumata görə, sözügedən biznes obyektləri Rövşən Əkbərovun oğlu və Kiyev Azərbaycanlıları Konqresinin sədri “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin tərəfindən idarə olunur.

Sözügedən məsələ ilə bağlı Rövşən Əkbərovla telefon əlaqəsi yaratmağa çalışsaq da, zənglərimizə cavab verməyib.



















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru