ŞAMAXI RİH-İN BAŞÇISI Tahir Məmmədovdan ŞƏHİDİMİZƏ qarşı böyük hörmətsizlik-2 ay keçməsinə baxmayaraq məzar daşını belə qoymayıblar-GİLEY

7-01-2021, 00:30           
ŞAMAXI RİH-İN BAŞÇISI Tahir Məmmədovdan ŞƏHİDİMİZƏ qarşı böyük hörmətsizlik-2 ay keçməsinə baxmayaraq məzar daşını belə qoymayıblar-GİLEY
Vətən müharibəsində vətən uğrunda AZƏRBAYCAN üçün canlarından,qanlarından keçən şəhidlərimiz daima bizim qəlbimizdə yaşayacaq və daima onlarla qürür hissi duyacağıq.
Qazilər tərəfindən gundelik-baku.com-a daxil olan şikayət bizdə çox böyük təəssüf hissi oyatdı. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədovun və müavini Şikarov Hikmət Məzi oğlunun Şəhidimizə qarşı laqeydliyi onlara göstərilən etimadı doğrultmadığını sübut edir.Belə ki şəhid Asif Məhəmmədağa oğlu Azayevin ölümündən 2 ay keçməsinə baxmayaraq şəhidimizin başdaşı belə yoxdur.Məgər şəhidimiz sahibsizdirmi?Dövlətimiz şəhidinə başdaşı belə qoya bilmir?İcra hakimiyyətinin başçısı Tahir Məmmədov və müavini Şikarov Hikmət hara baxır?Başçı və müavinin niyyəti bizi ermənilərə biyabr etməkdi?Yoxsa başları özlərinə malikanə tikməyə qarışıb?Anlaşılan odur ki,yeni təyin olunan başçı və müavini yaxın günlərdə olan başçı həbslərindən heç də nəticə çıxarmayıblar.Hələ şəhidin,qazinin pulun yeməyə davam edirlər.
Gəlin şəhidimiz AZAYEV ASİFİN həyat yolu ilə tanış olaq.
Asif Məhəmmədağa oğlu Azayev 1985-ci il fevralın 1-də Şamaxı rayonunun Həmyəli кəndində anadan olub.01.09.1991-ci il tarixdə Həmyəli kənd orta məktəbin I sinfinə qəbul olub,1992-2000-ci illərdə Həmyəli кənd əsas məкtəbində, 2000-2003-cü illərdə isə Cəmşid Naxçıvansкi adına Hərbi Liseydə təhsil alıb. 2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) hərbi təhsil alıb. Ailəli idi. Üç oğlu yadigar qaldı. 2007-ci ildən "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmətə başlayib. Növbəti illərdə Murovdağ istiqamətində xidmət edən zabit Asif Azayev, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb.

Mayor Asif Azayev 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində Taborun Qərargah rəisi vəzifəsində çalışmağa başlayib.

Azərbaycan Ordusunun mayoru olan Asif Azayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tabor Komandiri olaraq Cəbrayılın,Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı Ermənistan Ordusunun canlı qüvvəsinin, döyüş texnikalarının məhv edilməsində və qənimət kimi ələ keçirilməsində, döyüş tapşırıqlarının yerinə yetirilməsində dəfələrlə fərqlənib. Oktyabrın 20-də Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda gedən qızğın döyüşlər zamanı qəhrəmanlıq göstərərək tabeliyində olan şəxsi heyəti terrorçu düşmən mühasirəsindən çıxarmağı bacaran mayor Asif Azayev snayper gülləsi nəticəsində şəhid olub. Şamaxı rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən mayor Asif Azayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən mayor Asif Azayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən mayor Asif Azayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.Qüsursuz xidmətə görə III dərəcəli medalı Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı - Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley medalı "Azərbaycan Silahlı "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı
"Vətən uğrunda" medalı (ölümündən sonra
— 3-cü dərəcəli "Rəşadət" ordeni (ölümündən sonra)
"Füzulinin azad olunmasına görə" medalı (ölümündən sonra) medalları ilə təltif olunub.
ALLAH ŞƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN VƏ YAXINLARINA SƏBR VERSİN.
Şamaxı Rayon İcra Hakimiyyətinin Başçısı Tahir məmmədov və başçının müavini Hikmət Şikarovdan başlarını kreslolarından qaldırıb şəhid,qazi ailələri ilə maraqlanmalarını tələb edirik! Vətən uğrunda canından keçən şəhidimizə başdaşı qoymaq onların vəzifə borcudur.
Xatırladaq ki,Şamaxı RİH-in icra başçısının müavini Hikmət Şikarov adı mətbuatda kürü oğrusu kimi tanınan və 50 min manatlıq mobil nömrə işlədən keçmiş səfir,hal hazırda Xarici İşlər Nazirliyində işləyən Daşqın Şikarovun qardaşıdır.
Növbəti yazımızda başçı və müavini haqqında geniş araşdırmamız olacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.