Ağsuda mıktəb direktoru haqda ŞOK İDDİA - Şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır

7-01-2021, 09:34           
Ağsuda mıktəb direktoru haqda ŞOK İDDİA - Şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır
Ağsuda şəhid ailələri və Qarabağ qazilərinin adından pul yığılır. Bu barədə Gözətçi portalına adının çəkilməsini istəməyən şikayətçi məlumat verib.

Şikayətçi deyir ki, Ağsu şəhər 3 saylı tam orta məktəbin direktoru Leyla Rüstəmzadə şəhid ailələri və Qarabağ qazilərinin adından məktəbin müəllimlərdən pul yığıb. Yığılan pulun bir qismini isə özü mənimsəyib.

Məktəb direktoru haqqında olan digər şikayət isə məktəbdə dərs bölgüsü ilə bağlıdır. Şikayətçi bildirilir ki, Leyla Rüstəmzadə fiziki-tərbiyə dərslərini hərbi təlim müəllimi Zamiq Kərimova yönləndirir.

“Halbuki hərbi təlim müəllimi yalnız hərbiyə dair dəsrləri tədris etməlidir”, deyə şikayətçi qeyd edib.

Şikayətçi Leyla Rüstəmzadənin Zamiq Kərimovun anası ilə rəfiqə olduğunu da qeyd edib: “Elə ona görə də fiziki-tərbiyə dərslərinin hamısını rəfiqəsinin oğluna yönləndirir.”

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.dia.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru