Tərtərdə nə baş verir: Müstəqim çökdürüb, müavini Cavadov Abbasda çapıb talayır - İDDİA

22-01-2021, 17:17           
Tərtərdə nə baş verir: Müstəqim çökdürüb, müavini Cavadov Abbasda çapıb talayır - İDDİA
Tərtərin ən böyük problemi icra başçısı Müstəqimdir. 2014 dən bəri Tərtəri çökdürüb,bilirsiz. Bunu,şikayətçiıərin video çəkilişlərində görmüsüz."İlana ağu verən" kərtənkələlər yığıb başına,talayır Tərtəri.İndi, bu "ağu verən"lərdən buriylə sizi tanış edim.Müavini Cavadov Abbas.Kəlbəcərdəndir.
Teref.az yazır ki, bunu saytımıza şikayət edən birinci Qarabağ savaşı zamanı "Qarabağ Həcəri" adı ilə məşhur olan Səbirə Mahmudova yazır.
Daha sonra Səbirə Mahmudova yazır, qaçqınlıqdan xeyli qabaq Umutlu kəndinə, ordan da Tərtərin Ələsgərli kəndində yerləşsələr də,qardaşını saxtalıqla qaçqın siyahısına saldırmışdır. Özünüsə Çaylı kəndinə.Uzaqgörəndi axı.Neçə qardaşdılar,heç biri müharibədə olmayıb.AbbasTərtərdə sosial müdafiə şöbəsində müdir olarkən,bəzi veteranların bığlarının altından keçməklə özünə məhkəmə vasitəsilə veteran alıb. İndi özünü,Məhəmməd Əsədovun döyüşçüsü kimi təqdim edir.Bundan soran gərək: sən polisdəmi işləyirdin?
Qaçqın olmasına baxmayaraq,Tərtərdə min hektarlarla torpaq mənimsəyib,fermaları var.Bakıda Yeni Yasamalda bir blokun həm birinci mərtəbəsini alıb,həm də ikinci mərtəbədə 4 evi alıb arasını açıb. Hardandı bu pullar? Tərtərdə bir qardaşı da seçki dairəsində işləyir.Kənd təsərrüfatı üzrə müavin olan Abbasln göstərişiylə bu qardaş , Məşğulluq mərkəzində kəndlilərə yardım üçün alınan iribuynuzlu qoca,əldəndüşmüş heyvanları 500-600 manata alıb,birini beş min manatdan hökumətə sırıdı,makler kimi.Abbas ancaq başçının çirkli işlərinin aparıcısı kimi tanınıb.Prezidentin qaçqınlar üçün saldığl Şıxarx qəsəbəsindəki mənzillərin 99 fayizi Abbasın əliylə satıldı sakinlərə.Rayona gələn yardım da onun əlindən keçir illərdir.Bu gün də,dağılan evlər əvəzinə qəlpə cızığl olmayan evlərdən pul qatlamaqda. Hətta,öz qaynatasının yüngül zədələnmiş evinə 14 min pul aldırıb.Vedeolardan gördüyünüz kimi,camaat üz-üzədir.Gələn komisdiyaları Abbas yönləndirdiyindən,Müstəqim bu işlərdən kənarda olduğunu söyləyir şikayətçilərə.
Bu gün xəbər tutdum ki,ordakı küçəmdə evinə heç bir ziyan dəyməyən,özü Bakıda yaşayan şəxsin evinə komissiya aparıb,sədr də özüdür.Faktiki divarları cırılan qonşularımınsa şikayətinə baxılmayıb. Bildiyiniz kimi,qonşuma düşən raket ata evimə xeyli ziyan vurub,keçən ay FHN dən və Yevlaxda terləşən region prokurorluğundan gəlib yazmışdılar,hələ səs yoxdur.Ata-ana kəndimizdə xalamın evi yerlə yeksan,nəvəsinin evi xeyli ziyan çəkib.Müharibə əlili xalaoğlumun rayondakı evi zədələnib.Hamısı siyahılarda.Məsələ budur ki,ziyan görməmiş evlərin sakinləri yaxşıca pullar alıblar,amma faktiki dağlntı sahibləri hələ gözləmədə...
Hadisələrin gedişini barədə Səbirə Mahmudova teref.az-a yazır ki, bu gün zəng eləmişəm Abbasa ki,bu biabırçılığa son qoyun.Mənimlə yekə-yekə danışdı."oğru elə çığlrdı ki..."
Görəsən bu Abbas bilirmi ki,mən Kəlbəcərə müharibə vaxtı səhərə yaxın girərdim,gətirdiyim benzin maşınlarını aeroport Telmanla birgə boşaltdırardım,sonra Tuneldən keçər,onun Almalıq kəndindən ötər düz Fingəyə qalxardım.Bu o vaxtıar idi ki,Abbas özünə artıq Tərtərdə yer eləmişdi...
Mənə deyir ki,bu işləri görənlər komissiyadır,bizlik deyil.
İndi,burdan FHN Kəmaləddin Heydərova səslənirəm: Cavadov Abbas düzmü deyir?Əgər düz demirsə,Tərtəri üsyana təhrik edən,ölkə başçısının qayğısını şübhə altına salanları ortaya qoyun ki,adınız hallanmasın,cənab Kəmaləddin Heydərov.
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.