Məktəb direktoru və Təhsil şöbəsinin müdiri işdən çıxarılacaq - İddia — VİDEO

27-01-2021, 19:21           
Məktəb direktoru və Təhsil şöbəsinin müdiri işdən çıxarılacaq - İddia — VİDEO
Kəlbəcər rayon Təhsil Şöbəsində baş verən özbaşınalıq, qanunsuzluq, neqativ hallar barədə sosial şəbəkələrdə yetərincə məlumatlar və görüntülər ictimailəşib.
Teref.az xəbər verir ki, bunu saytımızın poçtuna göndərilən məqalə müəllifi iddia edir.
Daha sonra məqalə müəllifi yazır, belə ki, bunlardan biri də Kəlbəcər 2 saylı məktəbdə sinif açmaq üçün pul yığılması faktıdır. Məktəbdə açıq-aşkar bazar açılıb, şıdırğı alver gedir. Mənbənin bizə verdiyi məlumata görə, məktəbin direktoru Azad Əsgərov "Azərbaycan Dəmir Yolları" nın rəhbəri Cavid Qurbanovun qohumudur (Cavid Qurbanovun bibisinin kürəkənidir).
Görən, məktəbdə yığılan bu pullardan Kəlbəcər Təhsil Şöbəsinin müdiri Fazil müəllimə də haqq çatırmı?
Artıq məsələ Təhsil Nazirliyinin nəzarətinə götürülüb, yaxın günlərdə rüşvət mənbəyinə çevrilən bu məktəbdə yoxlama aparılıb. Əldə etdiyimiz məlumata görə, məktəbin direktoru Azad Əsgərov və rayon Təhsil şöbəsinin müdiri Fazil müəllim tutduqları vəzifələrindən kənarlaşdırılacaq.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Teref.az
шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.