Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı - Hacı Qurban kimdir?

30-01-2021, 00:08           
Əhməd Əhmədzadə sevimli “Sevinc-96”sına bu dəfə 30 milyon manat ayırdı -
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-yə məxsus Füzuli Suvarma Sistemləri İdarəsi 2021-ci il üçün nəzərdə tutulmuş Sair torpaq, tikili və avadanlıqların cari təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, qiyməti 29 milyon 933,995 min manat olan tenderin qalibi "Sevinc-96" MMC olub.



Qeyd edək ki, "Sevinc-96" MMC təkcə bu ilin yanvar ayında "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin qurumları tərəfindən keçirilən 10 tenderin qalibi olub.

Şirkətin qanuni təmsilçisi Yusuf Camal oğlu Haxiyev olsa da, MMC-nin əslində Salyanda Hacı Qurban kimi tanınan Qurban Abbasov adlı iş adamına məxsus olduğu deyilir.



Qurban Abbasovun şirkətləri davamlı olaraq "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru