BNA qəsdən küçələrdə xaos yaradır ki, çoxlu cərimə yazsın - İTTİHAM/FOTO
1-02-2021, 08:04

Əlillrin qanunla təsbit edilmiş haqlarını BNA nədən göz ardına verir. Vüsal Kərimli əgər öz işini bacarmırsa onda vəzifəsində niyə oturub. Yox bəlkə onun vəzifəsi əlilləri dövlətdən narazı salmaqdır? Desin bilək.
Məsələn əlillərin şəhərdə hərəkət etməsinə şərait yaratmaq üçün dövlət qanun qəbul etdi. Parklanma yerlərin də əlillər üçün xüsusi park yerlər olmalıdır. Və bu yerlər nişanlanmalı, bu yerdə əlil tanınma nişanı olmayan maşınlar cəzalandırılmalıdırlar. Bu o deməkdir ki, əgər hardasa parklanma icazə verilibsə orda əlillər üçün xüsusi yerlər ayrılmalı, nişanlanmalıdır. Ki, əlil sürücülər əziyyət çəkməsinlər. Buda məntiqlidir, zatən əlil maşınlarına “dayanma-durma” qadağan edilən yerlərdə qanunla parklanma icazə verilib. Baxın Yasamal rayonu Şərifzadə küçəsinin bu başından o başına səkilərin qıraqları park olunmuş maşınlarla doludur. Hər 50-100 metrdən bir parklanmaya baxan bir nəfər əlində çubuğu sizi qarşılayır.
Soruşursan “bəs əlil maşınları üçün burda yer hardadır?”
Deyirlər “Elə şey yoxdur.”

İndi bunu oxuyan BNA yetkilisi birdən o göylərdə olan kreslosundan durub cavab versə, deyəcək ki, “Onalr bizim adamlar deyil.”
Tamam, əgər onlar sizin adamlar deyilsə bəs onda gündə Şərifzadə küçəsi ilə xidməti maşında ora bura şütüyən BNA müfəttişləri nəinki onlara bizr söz demir, hətta onlarla qırağa çəkilib nə barədəsə sakitcə “xosunlaşırlar”?

Əlil maşında gəlib aşağıda şəkillərini qoyduğum aptekə girmək üçün maşınını saxlayan kimi şəklini çəkib cəza kəsirlər? Niyə?
Sən BNA əlilin haqqını kimlərəsə yedirdəcəksən və həyasızcasına sonra onada cəza kəsəcəksən?
Amma bəziləri deyir ki, elə BNA özü belə qarışıqlıq yaradır ki, bol bol cəza yaza bilsin. Bilməm, amma küçələrdə danışılanlar çox vaxt düz çıxır.
Lakin nanırıq ki, dövlət BNA-nın bu “besperedel”-nə son qoyacaq.
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
Teref.az




