"Abşeron A1" MTK vətəndaşları çilədən çıxarıb... - GİLEY
8-02-2021, 10:20

Azərbaycan Respublikasına xidmət edən hörmətli insanlar, aidiyyatı üzrə hərəkətə keçməyin vaxtı coxdan çatıb və hətta gec belə qalmısınız. Bu dələduz yığıncağı bu günə qədər vətəndaşlara qarşı törətdiyi əməllərə görə cavabdehlikdən qaçır. Dəfələrlə məhkəmələrə verilən bu dələduzlar, məhkəmə salonlarına belə gəlmirlər. Bir də "NƏ ÜZLƏ GƏLƏCƏKLƏR ORA? Bu səbəbdən də gəlmrlər və barələrində onlarsız qərardad çıxarılır. (Sumqayıt apelyasiya məhkəməsinin qərardadını oxuya bilərsiniz)" Bu barədə DİA.AZ-a yazan Sevil Vaqif qızı Nəsirova şikayətində bildirir.
Daha sonraa narazı vətəndaş yazır: "Qanun pərdəsi altında gizlənən və özlərini "Abşeron A1" MTK cinayətkar təsisçiləri, özlərinə Ağayev Ağamoğlan Duman oğlu kimi dırnaq arası rəhbər təyin edib vətəndaşları aldadır və sonunda da onu cinayət törədən hesab edib məhkəmə qarşısına çıxarırla. Onlar unudmasın ki, sədarət mörünü namuslu və vicdanı təmiz olan insanlara həvalə edilir və buna görə də onlar məsuliyyət daşıyırlar.
"Abşeron A1" MTK-nin təsisçisi kimi özünü qələmə verən və hər dəfə də qarşımıza çıxıb ağlına gələni danışan Babayev Elman, aramızda olan ziddiyyəti, Azərbaycan və ermənistan arasında olan müharibəyə misal gətirməklə , sonunda sülh müqaviləsi imzalayaraq sona çatmağı ilə müqayisə edir". Dar düşüncəsi olan bu məxluq idrak etmir ki, Azərbaycanlılar dəmir yumruqlarını ermənilərin başına vuraraq , onların üzərində qələbə çaldı və kapitulyasiyaya imza atmağa məcbur etdi.
Mənə çox maraqlıdr, "Abşeron A1" MTK və aldadılmış vətəndaşlar arasında kim harada movqe tutur? Kimin əmlakı və vəsaitləri uzun illərdir dələduzluq yolu ilə mənimsənilir? Kim bu dələduzlara himayədarlıq edir ki, onlar da yollarını azıb? Bu dələduzların başına dəmir yumruğu kim vuracaq?
Abşeron Rayon İcra hakimiyyətinə şikayət məktubu yazıb rayonda kriminal MTK-lar olduğunu və o cümlədən də "Abşeron A1" MTK-nin dələduzları barədə məlumat bildirdim.
Lakin əfsular olsun ki, rayonun dövlət hakimiyyəti olan rəhbərləri, bu dələduzlara qarşı mübarizə əvzinə onların dəyirmanına su axıdır və "Abşeron A1" MTK-ya yeni binaların inşaasına cərəncam və icazə verir. İcra Hkimiyyətinin rəhbəri və aidiyyatı olanlar "Abşeron A1" MTK təsisçilərini çağırıb soruşmur ki, "biz dövlət olaraq , vətəndaşlara qayğı və xidmət etmək məqsədi ilə, sizə binaların inşaasına cərəncam və icazə veririk, siz isə vətəndaşlara qarşı dələduzluq edirsiniz". Bu səbəblə sizin binaların tikilişinə lisenziyanız dayandırılır! O vaxta qədr ki, vətəndaşların haqqını qaytarasız!
Abşeron Rayon Prokuror Rahib Seyidova dəfələrlə yazdığım şikayət məktublarına rəğmən bu günə qədər cavab verilməyib.
Ara-sıra Abşeron Rayon Prokurorluğuna zəng edib məktublara cavab verilməməsi barədə məlumat bildirdikdə, prokurorluğun əməkdaşı bizə bildirir ki, cavab məktubları poçt vasitəsi ilə aidiyyatı üzrə, Bakı şəhəri, Nərimanov r-nu, Ruhulla Axundov küçəsi 43, mən12 adresinə göndərilib və bu günə qədər sayları 4 olub.
Əfsuslar olsun ki, məktublar yolda qeyb olub. Qarşı tərəfə bildirəndə ki, necə olur ki, DİN-dən, Vergi idarəsindən, Seçgi dairəsindən, Hərbi çağırış və bu kimi idarələrdən məktublar bu adresə gəlir amma sizdən gəlmir? Əyər gəlmirsə cavab məktublarını skan edib elektron poçt adresimə göndərin. Prokurorluq əməkdaşı ona da etiraz edib deyir ki, "Prokurorluq olaraq biz cavabları məktub formasında poçt vasitəsi ilə göndəririk" Bu da belə. Belə hesab edirəm ki, elektron yazışma bu gün çətin bir məsələdir.
Abşeron Rayon Prokuroru dəyişdi və Qasımov Qabil Şövkət oğlu vəzifəyə təyin edildi. Bu səbəblə təbrik edirik və çətin və məsuliyyətli işinizdə sizə uğurlar diləyirik,
Hörmətli Qabil müəllim, ümüdvaram ki, yuxarıda qeyd etdiyim iradları nəzərəalaraq əmakdaşlarınıza cavab məktublarının elektron poçt vasitəsi ilə mənə göndərilməsində köməklik göstərəcəksiniz. Adi qaydada da yenidən göndərilə bilər. Yaxud da dəvət edin gəlim prokurorluğun binasından götürüm".
İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
Teref.az-ın araşdırması:
Şikayətçi vətəndaşın iddia və ittihamlarına əsasən, "Abşeron -- A1" MTK barədə dərc etdiyimiz bir tənqidi yazıdakı faktları dəqiqləşdirmək məqsədi ilə, saytımızın əməkdaşlarının apardıqları araşdırmalardan məlum olub ki, doğrudan da, onun şikayəti böhtan və yalanlar üzərində qurulub. Bir sözlə, bu ittiham və iddialara heç cür haqq qazandırmaq olmur. Çünki, bütün deyilənlər, yaradıldığı gündən şəffaflığı və sakinlərə göstərdiyi yüksək xidmətə görə seçilən tikinti şirkətlərdən birinə çevrilən "Abşeron -- A1"-in işinə kölgə salmaqdan başqa bir şey deyil. Xeyli bundan əvvəl, “Abşeron-A1” MTK-da sədr vəzifəsini Ağamoğlan Duman oğlu Ağayev müvəqqəti icra edərkən, onun, Bakı şəhəri, Nərimanov rayonu, R. Axundov küçəsi, ev, 43, mənzil, 12 ünvanında yaşayan Sevil Nəsirova ilə aralarında hansısa bir haqq-hesabı olub. Elə, o vaxtdan da, “Abşeron -- A1” MTK-ya qarşı həmin şikayətçi qadının irəli sürdüyü əsassız iddia və ittihamlar tükənmək bilmir.
Şikayətçinin bir absurd iddiasına görə, "Abşeron -- A1" MTK-nin təsisçisi kimi özünü qələmə verən və hər dəfə onun qarşısına çıxıb, ağlına gələni danışan Elman Babayev, aralarındakı bu ziddiyyəti, Azərbaycan və Ermənistan arasında olan müharibəyə bənzədərək, sonda bağlanan sülh müqaviləsi ilə müqayisə edir! Beləcə, aidiyyatı dövlət qurumlarına, eləcə də ölkə mətbuatına yazdığı şikayət xarakterli müraciətlərini ağlına gələnlərlə uzlaşdırmağa çalışır, iddia və ittihamlarına siyasi don geydirməkdən, göründüyü kimi, hətta bu qaranlıq məsələdə "qazanacağı qələbəni" Vətən Müharibəsindəki Zəfər Qələbəmizlə müqayisə etməkdən belə çəkinmir. Beləcə, şirkət rəsmisi Elman Babayevi nə yolla olursa-olsun "vurmağa" çalışır.
Araşdırmalar zamanı,l bəzi mühüm detalları üzə çıxarmaq da mümkün olub. Artıq bizə bəllidir ki, mənzil almaq məqsədilə, Sevil Nəsirovanın bu şirkətin hesabına heç bir ödənişi olmayıb. Həyata keçirdiyi ödənişlərlə bağlı, bu MTK-da heç bir dəlil-sübut yoxdur. Bunun da əsas səbəbi odur ki, adı çəkilən qadın nə qədər ödəmələr həyata keçiribsə, bütün bunların hamısı şirkətdən xaric baş verib. Baş verənlərlə bağlı, şirkətin digər rəsmisi Etibar Ağayev də bildirib ki, bu şirkətdə həyata keçirilən bütün ödəmələr qanun çərçivəsində aparılır. Sakinlərə göstərilən nümunəvi xidmət artıq hər kəsə bəllidir: "Elə, sakinlərə göstərdiyi yüksək xidmətə görə də, "Abşeron -- A1" ölkənin seçilən tikinti şirkətlərindən biri kimi tanınıb. Danılmaz faktdır ki, bizim MTK-da həyata keçirilən ən cüzi miqdarlı prosedurlar belə Maliyyə şöbəsi və Xəzinədarlıq tərəfindən qeydə alınır. Və buna görə, hər kəsə qəbz də verilir. Şikayətçi Sevil Nəsirova ilə bağlı apardığımız araşdırmalar zamanı isə, bəlli olub ki, şikayətçinin bağladığı müqavilə və etdiyi iddialar tamamilə əsassızdır. Ona görə ki, sözügedən müqavilə və edilən ödənişlər, -- əgər olubsa, -- şirkət xaricində baş verib. Bir də ki, bizi yalandan ittiham edən həmin qadının həyat yoldaşı ilə, bir müddət sədr vəzifəsini icra etmiş Ağamoğlan Ağayev yaxın dost olublar. Elə, bu yalan və uydurmalar da, həmin dostluqdan qaynaqlanır. Çünki, ortada, “Abşeron -- A1” MTK ilə, adı çəkilən şikayətçi qadının arasında bağlanmış heç bir rəsmi müqavilə sənədi yoxdur. Onun iddia etdiyi ödənişlərlə bağlı, Maliyyə şöbəsində heç bir qeydiyyat aparılmayıb, adına heç bir rəsmi ödəniş qəbzinə rast gəlinməyib. Yəni, Sevil Nəsirovanın şirkətin keçmiş sədri Ağamoğlan Ağayevlə bağladığı müqavilə və həyata keçirdiyi ödənişlər şirkətdən kənarda baş verib. Bundan sonra yaşanan hansısa problemlərə görə də, Sevil Nəsirova evdən uzaqlaşdırılıb. Bunu tam dəqiqliklə deyə bilmərik. Çünki, bununla bağlı, əlimizdə rəsmi sübut yoxdur. Ağamoğlan Ağayev vəzifəsindən uzaqlaşdırılarkən, şirkətin təhvil-təslimi zamanı da, Sevil Nəsirova adına heç bir ödəniş qəbzinə rast gəlməmişik".
Araşdırmalar zamanı, şirkətdən ev almış 500 sakin arasında, rəhbərliklə hansısa problemi olan bir vətəndaş da tapmadıq. Bu bir həqiqətdir ki, bu MTK ilə hüquqi müstəvidə müqavilə bağlayan sakinlərin hamısı hər ay ödənişləri rəsmi qaydada həyata keçiriblər və hər hansı qanun pozuntusu da baş verməyib. Doğrudan da, həyata keçirilən ən cüzi miqdarlı prosedurlar belə, Maliyyə şöbəsi və Xəzinədarlıq tərəfindən qeydə alınıb. Buna görə də, hər kəs aldığı evində rahat və problemsiz yaşaya bilir.
Araşdırmalar zamanı o da məlum oldu ki, 44 günlük Vətən Müharibəsində də, Azərbaycan torpaqları uğrunda vuruşan Milli Ordumuza dəstək üçün, şirkət rəhbərləri əllərindən gələni edib, gücləri nəyə çatıbsa, şanlı qələbəmizə öz töhfələrini veriblər.
Bəli, "Abşeron -- A1" MTK ölkənin seçilən belə bir tikinti şirkətlərindəndir. Ünvanına hansısa bir iddia və ittiham əsassızdır. O ki qaldı Sevil Nəsirovanın şikayətində deyilənlərə, bu, sədr vəzifəsini onda icra etmiş Ağamoğlan Ağayevin onunla bağladığı və əlində bərk-bərk tutduğu həmin saxta müqavilə, onlar arasında olmuş qaranlıq bir şəxsi məsələdir. Bir də ki, baş verənlər şirkətin ərazisində deyil, kənarda baş verib. Doğrudan da, onunla bağlanan saxta müqavilə barədə, “Abşeron -- A1” MTK-da heç bir məlumat olmayıb. Yaxşı olar ki, Sevil Nəsirova Ağamoğlan Ağayevlə aralarında olan bu məsələni, bu şirkətdən kənarda aydınlaşdırsınlar.
Teref.az