Balababa Rzayevin işıq biznesi…- “Qoy işığı söndürüm..” Rzayevin həyat prinsipidir

2-03-2021, 00:32           
Balababa Rzayevin işıq biznesi…-
Son günlərdə yağan qar ölkəmizdə faəliyyət göstərən bir neçə qurumun heç nəyə yaramadığını ortaya qoydu.
Təsəvvür edirsiniz o qədər də güclü olmayan qar yağır və qaz kəsilir, su donur və işıqlar sönür.
Dövlətin ayırdığı külli miqdarda vəsaiti mənimsəyən, guya bahalı transformatorlar, kabellər alan, işıq dirəklərini yeniləyən Azərişıq görəsən bu barədə nə düşünür ?
Axı, bu sözün həqiqi mənasında cinayətdir. Həm dövlətin pullarını mənimsə, həm işığı vətəndaşlara az qala qızıl qiymətinə sat, həm də azca iqlim dəyişikliyi olan kimi işıqlar kəsilsin, transformatorlar partlasın, kabellər ərisin ?
Bəs, milyonlar hara gedib Balababa Rzayev ?
Bəli, başa düşürəm deyəcəksiniz, Balababa müəllim, daha Azərişığın rəhbəri deyil, allah qoymasa Azərenerjiyə rəhbər təyin olunub. Bəs, Balababa Rzayev uzun illər Azərişığın rəhbəri olanda nə edib ?
İndi sadalayım siz də görün Balababa müəllim pulları hara yönəldib ?
Bakıda Böyük Şor şosesində işıqlı, çilçıraqlı binası ilə göz oxşayan “Santral Elektrik” LTD şirkətinin səhmlərinin rəsmi sənədlərə görə 70 faizi Baba Rzayevə, 30 faizi onun həyat yoldaşı Nərminə Həsənovaya məxsusdur.
Balababa müəllim “Santral Elektrik”in əsasını 2000-ci ildə Türkiyədən olan tərəfdaşı ilə birlikdə qoyub. Sonralar, 2003-cü ildə türkiyəli iş adamı öz payını Baba Rzayevə satıb. “Bakelektrikşəbəkə”yə sədr keçdikdən sonra onun, “Santral Elektrik”i də qeyri-rəsmi idarə etdiyi bildirilir.
Sonradan “Santral Elektrik”ə rəhbərlik səlahiyyəti İlham Həsənova – Baba Rzayevin qaynına verilib.
Həm də təkcə “Santral Elektrik” deyil, sənədlərə görə bu ailə Azərbaycanda elektrik məhsulları sahəsində əksər şirkətlərə himayədarlıq edir.
Araşdırma zamanı məlum olub ki, “Santral Elektrik” LTD-nin Rzayevlərin işıqlı biznesində yeganə halqa olmadığını göstərir.
Büdcədən maliyyələşən sifarişləri həyata keçirən “Göknur Bakı LTD”, “GBS” MMC şirkətləri “Santral Elektrik”lə təkcə eyni ünvanı bölüşmür. Bu şirkətlərin təsisçi və rəhbərləri də Rzayevlər ailəsinin üzvləridir.
“General Boards System” – GBS Məhdud Məsuliyyətli Cəmiyyətini Baba Rzayevin oğlu və qardaşı - Fuad Rzayev və Emin Rzayev 2003-cü ildə təsis ediblər. Şirkət elektrik avadanlıqları istehsalı ilə məşğuldur. GBS MMC-nin son işləri Bakı beynəlxalq Hava Limanı, Muğam Teatrı, Park Bulvar və Landmark-n işıqlandırmasını təmin etmək olub.
2003-cü ildə yaradılmış “Gök-Nur Bakı LTD”-nin Vergilər Nazirliyi reyestrindən çıxarılmış sənədlərində də Baba Rzayev təsisçi olaraq göstərilir. Digər təsisçi isə “Handa Group”dur. Bu şirkət sifarişlərini birbaşa sahibinin başçılıq etdiyi dövlət qurumundan – “Bakıelektrikşəbəkə”-dən alıb.
Araşdırmaya əsasən, ailənin biznesi 2006-cı ildən sonra çiçəklənməyə başlayıb. Bu isə Baba Rzayev paytaxtın elektrik paylama şəbəkəsinə nəzarət edən dövlət qurumu olan “Bakıelektrikşəbəkə”nin sədri təyin olunan vaxta təsadüf edir.
Məhz həmin dövrdə paytaxtın elektrik şəbəkəsi də özəl əllərdən – “Barmek” şirkətindən alınaraq, bərpa edilmiş dövlət qurumuna – “Bakıelektrikşəbəkə”yə, yəni Balababa müəllimə keçib.
Təsəvvür edirsiniz tenderi satan da, udan da, pulu qazanan da Balababa müəllimin oğlu, qardaşı, həyat yoldaşı və s.
İndi bildinizmi, niyə külək əsəndə işıq dirəkləri uçur, qar yağanda transformator partlayır, yağış yağanda kabellər od tutub yanır ?
Bu adamın özünün kabel, elektrik avadanlıqları istehsal edən zavodu da var.
Bütün bunlardan sonra “Babanın işini yoxlamaq əvəzinə” onu gətirib Azenerjiyə rəhbər qoyublar.
Balababa müəllim gələn kimi Mingəçevir SES-in yenidən qurulmasına ayrılan dövlət pullarını həzm-rabedən keçirib.
SES-in yenidənqurulması vaxtı yaranan 70-80 ton əlvan metal hara gedib..?
Araşdırmamız davam edir. Bizi izləyin.
(gundelik-baku.com)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.