Həbsdə olan gömrük əməkdaşından ittiham: “DGK cinayətin üstünü ört-basdır edir”

2-03-2021, 23:32           
Həbsdə olan gömrük əməkdaşından ittiham: “DGK cinayətin üstünü ört-basdır edir”
Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Natiq İmanovun həbs edilməsi ilə bağlı məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, İmanov komitənin əməkdaşı olaraq rüşvət almaqda ittiham edilsə də, o, bu ittihamı qəbul etməyib. Əksinə, sözügedən şəxs bildirib ki, ona qarşı irəli sürülən ittiham əsassızdır və bu işdə DGK sədri Səfər Mehdiyev günahkardır.

JAMAZ.İNFO xəbər verir ki, Natiq İmanov növbəti dəfə baş prokuror Kamran Əliyevə müraciət edib. O yazır ki, bu günə kimi Baş Prokurorluğa ünvanlamış vəzifəli şəxslərin qanunazidd və qeyri- prosessual hərəkərləri, cinayət törətmiş şəxsə qarşı cinayət təqibinin qanunsuz əsaslarla rədd edilməsi, ibtidai istintaq zamanı buxarılmış kobud nöqsanlar, aparılan cinayət təqibinin ayrı-seçkilik və qərəzliklə müşahidə olunaraq insan hüquq və azadlıqlarının pozulması barədə müraciətlərinə heç bir reaksiya verilmədən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilib. O vurğulayıb ki, müraciətlərində qeyd etdiyi nöqsanları, qeyri-prosessual hərəkətləri və qərəzliyi ifadə edən sənədlər Ali Məhkəməyə deyil, Baş Prokurorluğa aid olub. “Məlum olduğu kimi, məhkəmə baxışı zamanı cinayət işinə təqsirləndirilən şəxsə qarşı Prokurorluq tərəfindən irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. (CPM-nin 318-ci maddəsi) Qanunvericiliklə, xüsusən də Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada aparılmamış ibtidai istintaqın nəticəsində təqsirləndirilən şəxsin ittiham olunması onun elə əvvəlcədən ədalət mühakiməsindən məhrum olunmasına səbəb olur”.

Onun sözlərinə görə, Baş Prokurorluğa ünvanladığı müraciətlərində məhkəmə istintaqı mərhələsində qanunzidd qaydada verilmiş ittihama baxılmasından siğortalanmaq məqsədilə Ali Məhkəməyə verilmiş kassasiya şikayətini geri götürərək aidiyyəti orqanları məlumatlandrılmağnı bildirib. “Yuxarıda qeyd olunanlardan belə nəticəyə gəlmək olur ki, əsaslandırılmış faktlarla və qanunvericiliyə istinadlarla göndərdiyim müraciətin Baş Prokurorluq tərəfindən araşdırılmaması, tərtib olunmuş ittihamın dəyişdirilərək baş vermiş nöqsanların aradan qaldırılması Dövlət Gömrük Komitəsi tərəfindən başlanılmış qərəzli mövqeyin Prokurorluq tərəfindən davam etdirilməsi məqsədini güdür. Qeyd olunanlar isə nə Cənab Prezidentimizin yürütdüyü siyasətə, nə milli qanunverciliyimizə, nə də beynəlxalq hüququn norma və prinsiplərinə uyğun deyildir.

Barəmdə aparılan cinayət təqibində buxarılmış nöqsanlar və “ört-basdır” edilmiş cinayət əməlləri mətbuatda (ölkədaxili internet səhifələrində və sosial şəbəkələrdə) işıqlandırılsa da Prokurorluq tərəfindən heç bir araşdırma aparılmamış və heç bir tədbir görülməmişdir. Halbuki, CPM-nin, 46,4-cu bəndinə əsasən məhkəmə iclasmda sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna prokurorun diqqətinə cəlb etdikdə prokuror bununla bağlı cinayət işini dərhal başlamalıdır”.

İmanov qeyd edir ki, bundan əlavə CPM-nin 208.0.0.4-cü maddəsinə əsasən prokuror cinayət haqqında məlumatı bu Məcəllənin 84-cü maddəsinə müvafiq olaraq digər cinayətin ibtidai araşdırması və ya məhkəmə baxışı zamanı, habelə öz səlahiyyətlərini yerinə yetirərkən aldıqda cinayət işinin başlanmasına səbəb olur. “Belə olan təqdir Əhmədov Rəfael və Zeynalov Mansurun əməllərində cinayət tərkibinin olması barədə kifayət qədər faktların mövcudluğuna baxmayaraq onların barəsində heç bir tədbir görülməməsinin səbəbi nədir? Prokurorluğun fəaliyyətində cinayət Prosessual Məcəllənin müddəalarının əsas götürməməsi, yoxsa Cinayət Məcəlləsinin müddəalarının Rəfael və Mansura şamil olmaması?!

İbtidai istintaqı həyata keçirən müstəntiqin tətib etdiyi sənədlərdə qeyd olunan şəxslərin cinayət əməllərinin Konstitusiya Məhkəməsinin Qərarlarına zidd olaraq gizlədilməsi, sənədlərin ayrıseçkiliklə və kənar müdaxilənin təsiri ilə hazırlandığı açıq-aydın öz əksini tapmışdır.

Müstəntiqin tərtib etdiyi “şahidi dindirmə protokolun” da Z.Mansurun öz ifadələri ilə ona gömrük əməkdaşları tərəfindən psixoloji təsir göstərildiyini təsdiq etsə də müstəntiq onun əməlini “sübutların qiymətləndirilməsi” haqqında qərarında “könüllü məlumat vermə” kimi qiymətləndirərək onu cinayət məsuliyyətindən azad etmişdir. Halbuki, Aərbaycan Respublikası adından Konstitusiya Məhkəməsinin Plenumunun 2 aprel 2012-ci il tarixli qərarma əsasən “könüllü gəlib təqsirini boynuna alma”şəxsin istintaq təhqiqat və ya digər dövlət orqanlarına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsi deyil, könüllü olaraq gəlməsindən və ticarətdə törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır”.

Natiq İmanov müraciətində yazır ki, qeyd olunanlardan açıq-aşkar görünür ki, müstəntiq Rəşad Bəşirov respublikamızın ən ali qanunverici orqanın qeyri-qanuni hesab etdiyi əməli qanuniləşdirərək, Dövlət Gömrük Komitəsinin qərəzli mövqeyini davam etdirərək baş vermiş cinayətin üstünü ört-basdır etmişdir. “Qeyd olunan ifadədə öz əksini tapan-Rəsul Məsumovun mənim rüşvət almağımı etiraf etməyim barədə həqiqətə uyğun olmayan, yalan məlumat verməsi isə heç bir hüquqi norma və prosedurlarla uyğun olmamış və qeyri-qanuni olmuşdur. Bu fakt bir daha gömrük əməkdaşlarının mənim məhz “rüşvət alma” cinayəti ilə İttiham olunmağım üçün qeyri-qanuni, qərəzli addımlar atıldığını təsdiq edir”.

O bildirir ki, ünvanladığı müraciətlərdə Dövlət Gömrük Komitəsi və Prokurorluq tərəfindən məhkəməyədək hazırlanmış bu və bu kimi qərəzli və ayrı-seçkiliyi ifadə edən sənədlər kifayət qədər aydın şəkildə əks olunub. “Və sizdən xahişimim yalnız müraciətlərimin məhkəmə iclasına qədər prokurorluğun fəaliyyət prinsiplərinə (qərərsizlik və ayrıseçkilik olmadan) , qanunvericiliyə və dövlət başçısmm hüquq sahəsində apardığı islahatların ruhuna uyğun araşdırılması, baş vermiş nöqsan və hüquq pozuntularının aradan qaldırılması olmuşdur.

Ədalət mühakiməsi üçün prkurorluq tərəfindən tədqiqi mühüm əhəmiyyət kəsb edən materiallar əks olunmuş müraciətlərimə bugünə kimi heç bir reaksiya olmamışdır.

Mənim dövlətimə 12 il qüsursuz xidmət edən, ölkəsini, millətini sevən, dövlət başçısını və onun siyasətini dəstəkləyən azərbaycan vətəndaşıyam. Və bugün hüquq- mühafizə orqanı əməkdaşlarının qaunazidd və qərəzli əməlləri nəticəsində həbs olunmuş, ailəm və xususilə də 2 az yaşlı övladım acınacaqlı vəziyyətdə qalmışdır.

Bildirmək isteyirəm ki, nəyin bahasına olursa olsun günahsızlığımın, hüquqlarımın kobud şəkildə pozulduğunun sübutu üçün əlimdən gələni edəcəyəm!”

Natiq İmanov daha sonra qeyd edir: “Əgər hakimiyyət orqanları Cənab Prezidentimizin göstərişlərinə uyğun olaraq qanunun aliliyini təmin edə bilmirsə mənim bunun üçün beynəlxalq təşkilatlara üz tutacağım istisna deyil. Bugünə kimi hüquq mühafizə orqanlarının vəzifəli şəxslərinin şəxsi maraqlarının ölkəmizin beynəlxalq səviyyədə qorunan milli maraqlarından üstüm tutulması üçün əlimdən gələni edərək aidiyyəti orqanlara kifayət qədər xahiş məktubları göndərmişəm.

Aidiyyəti orqanlar buna da laqeyd yanaşarlarsa beynəlxalq təşkilatlara üz tutmağım üçün məni “anti-milli qüvvə” kimi qələmə verib qınamasmlar!

Bir daha bildiririrəm ki, mən hüquqlarımın müdafiəsi çərçivəsində əlimdən gələni edəcək, ölümümlə də olsa günahsızlığımı sübut edəcəyəm.

Sizdən xahiş edirəm ki, Prokurorluq tərəfindən əsaslandırılmış müraciətlərimə laqeyd yanaşaraq, heç bir araşdırma aparmadan, prokurora aid olan sənədlərə düzəliş edilmədən Ali Məhkəməyə göndərilməsinə bununla da qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmamış ibtidai istintaqın nəticəsində ittiham olunmağıma şərait yaratmayasız. Çünki, bu mənim elə əvvəlcədən ədalət mühakiməsindən məhrum olmağıma səbəb olacaq.

Bir daha nəzərinizə çatdırıram ki, Konstitusiya Məhkəməsinin qərarına əsasən prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxsin kifayət qədər sübut olmadan təqsirləndirərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətlərə də malik olan prokurorluq orqanın mənim hüquqlarımı bu qədər məhdudlaşdıraraq “özünə qəsdə” vadar etmələrinə imkan verməyin!”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.