Masallı RMX-nın həkimi Ədalət həkim sağlam adamı öldürdü - Masallıda sağlam adama köçürülən sistemdən vəfat etdi İTTİHAM

4-03-2021, 14:46           
Masallı RMX-nın həkimi Ədalət həkim sağlam adamı öldürdü -
Teref.az xəbər verir ki, 25 fevral 2021-ci ildə Masallı şəhər sakini Tahirov Mirtahir Mirvəli oğlu sağlam olmasına baxmayaraq həkimin vurduğu iynədən vəfat edib.
Bununla bağlı redaksiyamıza ailə üzvlərindən Tahirov Məhəmməd Mirqubad oğlu tərəfindən şikayət daxil olub. 25 fevral 2021-ci ildə Tahirov Mirtahir Mirvəli oğlunun evinə mərhumun yaşlı anasını müayinə etmək üçün gələn Masallı rayon Mərkəzi Xəstəxanasının Masallı rayon Qəriblər ərazisi üzrə tibb məntəqəsinin Ədalət adlı həkimi yaşlı qadına sistem köçürə bilməmişdir.

Ədalət həkim
Evdə olan ailə üzvlərindən birinin "gətirilmiş sistemi başqa şəxsə vurmaq olarmı?" sualına Ədalət həkim təsdiq edici cavab vermişdir. Ədalət həkim ailə üzvlərindən biri, yaşlı anasının xəstə olduğunu eşidib evə təzəcə qayıtmış Tahirov Mirtahirə sistem vurdurmasını təklif etmişdir. Mirtahir etiraz etdikdə həkim sistemin heç bir fəsadı olmadığını, əksinə orqanizmi gücləndirdiyini deyərək sağlam Mirtahiri çarpayıya uzadaraq sistem köçürməyə başlamışdır. Və sistem iynəsinin vurulmasından keçən 1-2 dəqiqə aralığında Mirtahirin vəziyyəti pisləşmiş, ailə üzvlərinin və Mirtahirin özünün israrlı xahişlərinə baxmayaraq həkim sistem iynəsin Mirtahirin qolundan çıxartmamış və sonda Mirtahirin qızı atasının vəziyyətinin getdikcə pis olduğunu görüb qaçaraq yaxınlaşmış və sistem iynəsin atasının qolundan dartıb çıxartmışdır.
Təssüflər olsun ki, artıq gec olmuş və heç nə olmamış kimi hərəkətsiz dayanmış Ədalət həkimdən fərqli olaraq ailə üzvləri "Təcili tibbi yardım" və digər həkimləri çağırmalarına baxmayaraq sap-sağlam olan Tahirov Mirtahir Mirvəli oğlu bir dəqiqənin içərisində vəfat etmişdir.
Teref.az olaraq qeyd etmək istəyirik ki, Masallı rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi Cəlil Nəzərov və baş mühasibi Sətulla Məmmədov Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində həbs edilib və bu günə qədər istintaq altındadır.
Cəlil Nəzərovdan sonra yeni baş həkim əslində heçdə yeni olmayan Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Rasim Əzizov təyin edilmişdir.
Teref.az olaraq qeyd etmək sitəyirik ki, Rasim Əzizov 2002-2003-cü illərdə Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Onun baş həkim işlədiyi zaman mediada kifayət qədər şikayətlər var idi. Masallı sakinlərinin dediyinə görə baş həkim dəyişsədə RMX-nın işindı müsbətə doğru heç bir dıyişiklik hiss olunmur. Yanii adı dövlətin olsada, əslində özəl xəstəxanalar kimi burda pulsuz xəstəyə heç salam belə vermirlər!
Prokurorluq ölüm işi ilə bağlı araşdırmaya başlayıb.
Araşdırmamız davam edir, bizi izləyin!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.