Daha bir müharibə əlilinin pensiyasını kəsiblər....... MÜRACİƏT

8-03-2021, 23:48           
Daha bir müharibə əlilinin pensiyasını kəsiblər....... MÜRACİƏT
Teref.az daha bir müharibə əlilinin şikayətini təqdim edir:
Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsində yaşayan, müharibə əlili Ağalarov Şəmşəddin Həsənqulu oğlu tərəfindən

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinə.

(Ünvan: AZ1114, Bakı, Binəqədı, M.Ə.Rəsulzadə, Mirmahmud Kazımovski)


Bakı şəhəri, Binəqədi rayon, Biləcəri qəsəbəsi, məhəllə 5024, ev14, mənzil 36-da yaşayan, müharibə əlili Ağalarov Şəmşəddin Həsənqulu oğlu tərəfindən.

(050) 361-14-50.

Ə R İ Z Ə

Bildirmək istəyirəm ki, mən, Ağalarov Şəmşəddin Həsənqulu oğlu 20.08.1970-ci il tarixində anadan olmuşam.

İki il Sovet Ordusunda, 1992-ci 1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişəm.

Qeyd etmək istəyirəm ki, hərbi xidmətdə aldığım xəsarətlərlə bağlı 15.04.2009-cu ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etdim, mənə “Hərbi Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” xəstəlik qərarı verildi.

2001-ci ildən 3-cü qrup əliləm və 22.05.2014-cü il tarixdə Səhiyyə müəssisəsinin göndərişi (88 nömrəli forma) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 3-cü qrup müddətsiz əlillik təyin edildi.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 2020-ci ilin sentyabr ayınada hərbi qulluqçuları pensiya ilə təmin olunarkən mənə pensiya verilmədi, mən isə bu barədə elektron sistemə baxış keçirən zaman mənə məlum oldu ki, mənim müddətsiz əlilliyim sistemə 1 illik 2015-ci ilə kimi daxil edilmişdir, əsasız olaraq mənim pensiyam dayandırılmışdır. Belə ki, mənə qarşı bu çox haqsız mövqedir, çünki mən 2014-cü ildən müddətsiz əlilləm və avqust 2020-ci ilə kimi pensiya ilə təmin olunmuşam.

Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi mənim 22.05.2014-cü ildən hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar 3-cü qrup müddətsiz əlil olmağımı elektron sistemdə bərpa etməlidir.

Qeyd etmək istəyirəm ki, mənim əlilliyimin bərpa edilməsi məqsədi ilə yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur, çünki, mən 2014-cü ildə qiymətləndirilmişəm və 3-cü qrup müddətsiz əlilləm, hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyinin mənə qarşı etdiyi haqsızlıq tam əsassızdır, bu səbəbdəndə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitatsiya Agentliyi tərəfindən mənim əlilliyim bərpa edilməlidir.

Xahiş edirəm ki, 22.05.2014-cü il tarixdən 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz əlilliyimin elektron sistemdə bərpa edilməsi barədə köməkdarlıq edəsiniz.

Qoşma: sənədlər vərəqdə.

28.02.2021-ci il.

İmza: / Ağalarov Şəmşəddin Həsənqulu oğlu/.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.