Ucar camaatı Mənsur Məmmədovu şamla axtarır- İcra başçısını HƏBSƏ APARAN YOL...

25-03-2021, 08:11           
Ucar camaatı Mənsur Məmmədovu şamla axtarır-
Ucar rayonunun icra başçısı Mənsur Məmmədovun adı bu günlərdə yenidən medianın gündəmini bəzədi.
Məlum oldu ki, cənab Mənsur Məmmədov hələ Göyçayda icra başçısı olarkən rayonun Hüngütlü kəndində 20 hektar əraziyə malik düzənlikdə villa tikdirib.
Malikanədə bahalı dekorativ ağaclar və cürbəcür meyvə ağacları ilə birlikdə süni göl də var. Villa 2014-cü ildə tikilib.
Villanın ərazisində vertolyot enmək üçün xüsusi meydança da var.
Villa hər tərəfdən 6 metr hündürlükdə hasarla əhatə olunub.
İndi özünüz təsəvvür edin , heç orta əsrlərdə kral ailələri belə əmlaka sahib deyildi.
Digər tərəfdən rayonun icra başçısı kimdir, hansı gəliri var ki,belə villa tikib?
Görəsən, hasarın 6 metr hündürlükdə olması hansı ehtiyacdan yaranıb ?
10 milyon dəyərində mülk tikdirən icra başçısının görəsən nə qədər əmlakı var ?
Məlumat üçün qeyd edək ki, Mənsur Məmmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun və Milli Məclisin sabiq üzvü Elton Məmmədovun bacısı oğludur.
Bu adam hansı xidmətlərinə görə, 39 yaşında Zərdabınn icra başçısı olub. Hansı qabiliyyətinə görə ?
Yəqin oxucuların yadında olar bir müddət əvvəl rayondakı haqsızlıqdan bezən bir dəstə qadın Ucarda icra hakimiyyətinə daxil olaraq çıxış edən icra başçısına nələr demişdi..
İcra başçısının şəhid ailələrinə, müharibə veteranlarına olan neqativ münasibəti isə dözülməzdir.
Bütün bunlarla yanaşı rayonun ən böyük problemlərindən biri də əkin üçün torpaqların münbit olmamasıdır, yəni torpaqlar şorandır.
Mənsur Məmmədov isə rayondakı şoran olmayan, yararlı torpaqların çoxunu özəlləşdirib.
Hazırda karantin dövründə rayonda ancaq icra başçısının obyektləri işləyir. Bələdiyyə sədrləri də icra başçısının əmr qullarıdır.
Bir sözlə, icra başçısı Ucar rayonunun şəriksiz SAHİBİ- XOZEYN-dir.
Ucar camaatı isə onu qaranlıqda şamla axtaran kimi axtarırlar..
/gundelik-baku.com/
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.