SƏHIYYƏ NAZIRLIYI «TURAN»KLINIKASININ LISENZIYASINI LƏĞV EDƏ BILƏR?

26-03-2021, 00:10           
SƏHIYYƏ NAZIRLIYI «TURAN»KLINIKASININ LISENZIYASINI LƏĞV EDƏ BILƏR?
Buna səbəb nazirliyə təqdim olunan sənədlərdə yalnışlığın olmasıdır

5 iyun 2014-cü ildə paytaxtın Əhmədli qəsəbəsində (“Bakı” kinoteatrının yanı) fəaliyyət göstərən “Turan” Klinikasının fəaliyyəti dayandırılmışdır.
Xeyli sayda polis əməkdaşı klinikaya gələrək həkim və işci heyətini xəstəxanadan çıxararaq qapını möhürləmişdirlər.O dövrdə klinikanın qapısının möhürlənməsi ilə bağlı xeyli səs-küy yaransa da sonda məlum oldu ki,bu işdə səhiyyə naziri Oqtay Şirəliyevin əli var.

Həmin vaxt nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli acıqlamasında bildirmişdir ki,nazirlik bu klinikada bəzi nöqsanlar aşkarlayıb.Və buna görə də

“Turan” klinikasına verilən lisenziya ləğv edilib.Nazirliyin klinikalara nəzarət edən komissiyası klinikaya nöqsanların aradan qaldırılması üçün vaxt verib. Klinika lisenziya müddətinin uzandılması üçün müraciət edə bilər. Nöqsanlar aradan qaldırılandan sonra lisenziya verilməsinə təkrar baxıla bilər.

Həmin vaxt klinikanın rəhbərliyi əl-əyağa düşsə də, nazirliklə dil tapa bilmədi.

Deyilənə görə lisenziyanın yenidən verilməsi ücün nazirlik tərəfindən xeyli «sənəd»lər istənilmişdi.Uzun müddət bağlı qalan klinikanın rəhbərliyi nəhayət ki,nazirliklə dil tapa bildi və yeni lisenziyanı aldı.Amma ictimayyətə bu barədə ətraflı məlumat verilmədi.Belə ki,klinikada aşkar olunan nöqsanların nədən ibarət olduğu və sonradan həmin nöqsanların necə aradan qaldırıldığı nədənsə gizli saxlanıldı?
Bu günlərdə aldığımız məlumata görə,yeni lisenziyanın verilməsi zamanı Səhiyyə Nazirliyinə təqdim olunan sənədlərdə klinika rəhbərliyi saxtakarlıq edib.Belə ki,klinikanın binası inşa olunan zaman tikinti normativlərinə əməl olunmadığı gizlədilib.Bəlkə də binanın klinika ücün yararsız olduğunu ort-basdır edən Səhiyyə Nazirliyinin komissiyası bütün bunları görsə də susub. Klinika rəhbərliyi icarəyə götürdüyü bir necə kvadrat mertlik sahələr də təqdim etdiyi sənədlərdə klinikanın binasının balansında olduğu kimi göstərib.İndi bu məsələlərlə bağlı klinika rəhbərliyi məhkəmə qarşısında cavab verir.
Digər tərəfdən klinikanın binasının ölcü-plandan kənar olaraq xeyli sayda ərazini zəbt etdiyi qeyd olunur. Belə ki, Bakı meriyasında calışan ( bu

şəxsin kimliyi ilə bağlı araşdırmamız davam edir.Red.) himayədarının köməkliyi ilə klinika rəhbərliyi Sarayevo kücəsinə cıxış hissəsində yolu 1.5 metr zəbt etməsini,binanın arxa tərəfində piyada səkinin ləğvini bascara bilib.Yolun ortasına böyük bir işıq generatorunum qoyulması və burada hec bir normativə uyğun olmayan işlər görməsini bacaran klinika rəhbərliyi Səhiyyə Nazirliyinə təqdim etdiyi sənədlərdə belə məsələləri qeyd etməyi unudub.Görəsən, tikinti zamanı Paytaxtın baş planına özbaşına,havadarlarının köməkliyi ilə dəyşiklik edən klinikanın rəhbərliyi bu binada tibbi xidmət fəaliyyəti ücün necə lisenziya ala bilib?Yəqin ki, klinika rəhbərliyi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanunundan xəbərsizdir. Belə ki, Qanunun 2. 75-ci maddənin mətnini aşağıdakı redaksiyada təqdim edirik:

“75.1. Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə
icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır.

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzərinə catdırırıq ki,»Turan»klinikasının yerləşdiyi bina inşa olunan zaman hec bir tikinti normativə əməl olunmayıb.Əgər olsaydı,zəbt olunan yerlər olmazdı.
Klinikanın yeməkxanasında da Qida Təhlükəsizliyi Agentliyinin normativ sənədlərinə əməl olunmur.Yəqin ki,Agentlik əməkdaşları tezliklə buranı ziyarət edərlər.Klinikanın binasını,dar,işıqsız labirint koridorlarnı, giriş dəhlizini havalandırma sisteminin düzgün qurulmadığını görəndə fikirləşirsən ki, Səhiyyə Nazirliyinin Komisiyyası görəsən burda olublarmı? Yəqin Oqtay Şirəliyev ona lazım olunan «sənəd»lərlə qane olub. Amma görduklərimiz və Qanun bunun əksini deyir.Biz hələ buradakı tibbi xidməti demirik.
Əgər bir klinika rəhbərliyi bu qədər qanunsuzluğa rəvac verən işlər görübsə,Qanunları hecə sayıbsa,piyadaların gediş-gəliş yolunu zəbt edibsə, onda onun rəhbərlik etdiyi qrumda hansı keyfiyyətdən danışmaq olar?

Ətraflı gələn sayımızda.

«Dəryaz»Analitik Araşdırma Mərkəzi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.