Goranboyda Heydər Əliyev fondunun əlil uşaqlara göndərdiyi yardım niyə yoxa çıxdı? - Giley

27-03-2021, 00:22           
Goranboyda Heydər Əliyev fondunun əlil uşaqlara göndərdiyi yardım niyə yoxa çıxdı? - Giley
Novruz bayramı münasibətilə Heydər Əliyev fondunun Goranboya - əlil uşaqlara göndərdiyi sovqat bütün ünvanlara çatdırılmayıb.
Adıkeçən rayonda bir sıra məmurlar ayrılan sovqatı ya mənimsəyib, ya da ünvanlara çatdırılmasının hansısa maraqlar ucbatından qarşısını alıblar.
Goranboy rayonunun Baxçakürd kənd sakini Şərifov Namiq Xəlil oğlu da eyni aqibətlə üzləşənlərdəndir. Şikayətçinin saytımıza b ildirdiyinə görə, onun da azyaşlı övladı əlildir və onun ailəsi də fondun bayram payından məhrum edilib.
Əlil atasının iddiasına görə, sözügedən birokratiya və özbaşınalıq təkcə onun əlil övladına diqqətsizlik deyil, eləcə də mərhum Heydər Əliyevin adını daşıyan və I vitse-prezident, xanım Mehriban Əliyevanın rəhbəri olduğu xeyriyyə fonduna qarşı təxribat əməlidir. Bu cür bəyənilməyən təxribatın təşkilinin qayəsini də maddi mənimsəmə tutubsa, bu cavabdehlərə qarşı ikiqat ikrah hissləri doğuran haldır.
Vətəndaş onu da bildirib ki, DSMF-nin Goranboy rayon söbəsi və rayon icra hakimiyətinin bir qrup şəxslərinin bu kimi əməllərinə qarşı ciddi tədbirlər görülməklə müvafiq araşdırmaların aparılmasına ehtiyac var.
Xatırladırıq ki, Heydər Əliyev Fondu — qeyri-hökumət, qeyri-kommersiya təşkilatı kimi fəaliyyət göstərir. Fond Heydər Əliyevin xatirəsinə Azərbaycan xalqının ehtiramını ifadə etmək, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin Azərbaycan üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq məqsədi ilə yaradılmışdır. Fond tərəfindən hər il minlərlə vətəndaşa maddi və sosial, mədəni, eləcə də əhalinin səhiyyə problemlərinin aradan qaldırılması istiqamətində yardımlar edilir, fond öz diqqət və qayğısını xüsusilə aztəminatlı ailələrdən, əlil uşaqlardan, şəhid və qazilərimizdən, bir sözlə bütün imtiyazlı insanlardan əsirgəmir.
Fondun adından Goranboy rayonuna göndərilən bayram sovqatının mənimsənilməsini şiddətlə qınayırıq.
Mövzu ilə bağlı Goranboy DSMF ilə telefon əlaqəsi yaratmaq və münasibət almaq cəhdlərimiz baş tutmadı. Görünür, bayram günləri olduğundan zənglərimiz cavabsız qaldı.
Qarşı tərəfin söz haqqına sayğımızı ifadə edirik!
Demokratik.Az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.