Cəlilabadda aranı kim qarışdırıb?-ŞOK İDDİA

15-02-2016, 10:45           
Cəlilabadda aranı kim qarışdırıb?-ŞOK İDDİA
İcra başçısının sabiq müavini Asif Əzizovun qisas məqsədi ilə aksiyaya lojistik dəstək verdiyi xəbəri yayılıb

Bir müddət əvvəl işdən çıxarılan Asif Əzihovla bağlı ilginc məlumat yayılıb. teref.az Sonolay.org saytına istinadən xəbər verir ki, Cəlilabadın icra başçısının müavini olmuş sözügedən şəxsin eks-spiker Rəsul Quliyevlə əlaqələrinin olduğu üzə çıxıb.

Sayt iddia edir ki, Rəsul Quliyevin son dövrlər Azərbaycana gəlmək istədiyi, hakimiyyət üçün təhlükə törətmədiyi, habelə bütün barışıqlara hazır olduğunu bəyan etməsi onun tərəfdarlarını da fəallaşdırıb. Amma Sonolay.org bununla da kifayətlənməyib, keçmiş icra başçısının müavini ilə bağlı daha ilginc məqamları ortaya çıxırıb.

İddia edilir ki, Asif Əzizov əvvəllər ADP-nin üzvü olub və Rəsul Quliyevə sədaqəti ilə seçilib. Bununla yanaşı, onun qayınatasının qardaşı İlham Əzizovun da adı sabiq prezident Heydər Əliyevə qarşı hazırlanmış sui-qəsddə hallanır. «İlham Əzizov 1994-1995-ci illərdə silah təminatı üzrə məsul şəxslərdən biri olub. İddia olunur ki, Heydər Əliyevə qarşı hazırlanmış sui-qəsddə istifadə olunacaq raket qurğusu da məhz onun məsul olduğu saxlancdan götürülüb. Sui-qəsddə suçlu bilinərək əsas fiqurlardan general Rafiq Abbasovla birgə həbsə alınan İlham Əzimov bir neçə il azadlıqdan məhrum olsa da, sonradan əfv olunub. Həbsdə olduğu müddətdə onunla ən çox qayğılanan isə əsas qohumu Asif Əzizov olub».

Sayt daha sonra yazır ki, A.Əzizov 1999-cu ildə Cəlilabad İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsinə gələndən sonra aqrar islahatlar zamanı bütün qohumlarına "gün ağlayıb". «Hamısına ən yararlı torpaqlara mülkiyyət və uzunmüddətli istifadəçi hüququ qazandırıb. Tez bir zamanda icra başçısının birinci müavini vəzifəsinədək yüksəlib. İşlədiyi müddətdə çox başçılar yola salıb. Rayonda bütün kələflərin ucu onun əlində olub. İndi vəzifədən uzaqlaşdırılmışsa da, əvvəldən qurduğu əlaqələri saxlamaqda və inkişaf etdirməkdədir».

Qeyd edilir ki, Asif Əzizov hazırda da əlində geniş biznesi var. «Əsasən strateji obyektləri ələ keçirən Əzizovun belə işlərindən biri Cəlilabad Çörək Zavoduna sahiblənməsidir. Onun zavodun səhmlərinin 88 faizinin sahibi olduğu deyilir».

Həmin məlumatda başqa bir ilginc detal daha var. Bildirilir ki, Asif Əzizov işdən çıxarılmasının qisasını almaq üçün bəzi addımlara da baş vurub. İddia olunur ki, o, bir müddət əvvəl Cəlilabad rayonunda keçirilmiş aksiyanın təşkilatçıları sırasında olub. «O, üzdə görünməsə də, etiraz hərəkatını stimullaşdıran maliyyəsi ilə arxa planda pozucu fəaliyyət göstərib».

Analoji vəziyyət Füzuli rayonunda da yaşanmışdı. Belə ki, hüquq mühafizə orqanları aksiyaların təşkilatçısı qismində sabiq icra başçısının müavinini həbs etmişdilər. Hətta onun polisdə çalışan iki yaxın qohumu da təşkilatçı qismində saxlanılıblar.

Yazının sonunda o da vurğulanır ki, Asif Əzizovun qardaşı Qeys Əzizov rayonda böyük imkanlara malikdir. Onun milyonluq villaya sahib olduğu diqqət mərkəzinə çəkilir. Sayt bildirir ki, Əzizovun İslam Partiyasının üzvü olan digər qardaşının radikal dini qruplarla əlaqələrindən, üçüncü qardaşı Zabit Əzizovun necə kömrük oliqarxına çevrilməsi barədə də geniş məlumatlar verəcək.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.