Yaşar Məmmədovun Ucardakı qanunsuzluqları hələdə həllini tapmayıb - ŞİKAYƏT
15-02-2016, 11:59
teref.az-nun elektron poçtuna gələn bu şikayət məktubunu sizlərə təqdim edirik:
Ucar rayonu Qarabörk kənd sakini Əliyeva Kütah Məhəmmədəli qızı tərəfindən
Bir qrup vəzifəli şəxslər rüşvət alıb mənim sahibkarlıq fəaliyyəti məqsədi ilə aldığım torpaq sahəmi əlimdən almaq istəyirlər.Bütün bunların başında isə Quba Rayon İcra başçısı Yaşar Məmmədov dayınır.2014-cü il tarixdə Yaşar Məmmədov Ucar rayon İcra başçısı vəzifəsində olan zaman öz maddi marağına görə Əmlak Komitəsi ilə əlbir olub 60 mənzilli 4 mərtəbəli 3 böyük binanın saxtakarlıqla Etibar Qasımov adlı imkanlı şəxsə satanda pulun çoxluğundan başları gicəllənib deyə bizim yerimizi də həmin şəxsə qanunsuz olaraq satıblar.Həmin şəxs isə yeni inşa edilən 3 möhtəşəm binanı yerlə yeksan etdirib üzərində tikinti işləri aparan zaman müəyən edildi ki, ona verilmiş reyestr çıxarışı bizim yerin üzərinə düşmüşdür.2014-cü il tarixdən məhkəmələrdə çəkişirik ki, bundan da Şirvan İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abışov yararlanmaq istəyir.Bütün sənədlər ekspert rəyləri bizim xeyrimizə gəlməsinə baxmayaraq hakim İxtiyar Abışov açıq aşkar deyir ki, yuxarıdan bizim məhkəmənin sədri Mehman Nuriyevə tapşırıq var ki, qərar Etibar Qasımovun xeyrinə çıxarılmalıdır.Qeyd edim ki, 1997-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün mənə 64 kv.metr torpaq sahəsi ayrılmışdır.Həmin torpaq sahəsinə dair 2005-ci il tarixdə Ucar bələdiyyəsindən qərar verildi və 2010-cu il tarixdə reyestr çıxarışı aldım.Bundan 10 il sonra mənim qanunu torpağımın başqasına satılması cinayət əməlidir.Hansı ki, 3 möhtəşəm çoxmənzilli yenitikilmiş yaşayış binasının saxtakarlıqla satılması ən ağır bir cinayətdir. Dəyəri 500.000 manatdan çox olan həmin 4 mərtəbəli 60 mənzilli 3 böyük binanı sənəddə cəmi 21.000 manata qiymətləndirilib küllü miqdarda rüşvət alaraq Etibar Qasımova satıblar ki,bu cinayət faktıdır.Bu talançılığa Əmlak Komitəsi ilə əlbir olan Ucar rayon İcra başcısı (hazırda Quba rayon İcra başçısı ) Yaşar Məmmədov rəhbərlik etmişdir.Prezident cənab İlham Əliyevin belə saxtakarlıqdan xəbəri yoxdur.Ancaq biz mətbuat vasitəsi ilə Prezidentə müraciət edib məlumat veririk.Cənab Prezident xahiş edirik araşdırın ehtiyacı olduğu təqdirdə tikintisi yarımçıq qalmış 4 mərtəbəli 60 mənzili 3 böyük binanın 21000 manata saxta sənədlərlə kiməsə satılmasina nə ehtiyac vardır? Bu binanın tikintisinin başa catdırıb ehtiyacı olan gənc ailələrə verilməsi təqdirə layiq olardı ki,İcra başçısı Yaşar Məmmədovla Əmlak Komitəsinin talançılarının iştahına qurban verildi.İndi həmin bina dağıdılıb,tikinti materilları satılıb,ərazisi xarabaya cevrilib.İndii isə bizə məxsus torpağımızda əlimizdən almaq istəyirlər.Saxtakar vəzifəli şəxslərin məqsədi Etibar Qasımovdan aldıqları küllü miqdarda rüşvəti mənimsəmək olmuşdur.Hazırda isə bu mühasibəli isə Şirvan İnzibati-İqtisadi Məhkəməsində baxılır.Etibar Qasımov isə rayonda bütün tanışlarına deyib ki,"artıq Məhkəmənin sədri ilə danışıb razılaşmışam mənim xeyrimə qətnamə çıxaracaq,Dövlət Əmlak Komitəsi də məni müdafiə edir hər şey pulun başındadır".Etibar Qasımov bu sözləri tanışları yanında tam əminliklə deyib.Həqiqətəndə belədir.Əmək Məsələləri üzrə Dövlət komitəsinin 10 saylı idarəsi Etibar Qasımovu aşıq-aşkar müdafiə edir.Növbəti Məhkəmə iclası 17 fevral 2016 tarixə təyin edilib.Bildiririk ki,bu torpaq bələdiyənin balansına verilib,bizdə qanunu qaydada almışıq.Əgər bu torpaq bələdiyyənin deyilsə nə ücün bizə satıblar ? Nə ücün Daşınmaz Əmlakın Dövlət Reystiri Xidməti buna dair reyster cıxarışı verib? Bəs həmin vaxtı niyə aşkar edilməyib ki,bu torpaq bələdiyyənin balansıda deyil,dövlətin balansıddır? Azərbaycanda bələdiyyələr 2009-cu il tarixdə yaranıb.Təbii ki,yeni yaradılmış bələdiyyələrin balansına torpağı dövlət ayırmalıdır və bizə satlan torpağıda dövlət qanunu qaydada Ucar bələdiyyəsindən də həmin torpağı biz qanunu qaydada almışıq.Əgər həqiqətəndə həmin torpaq dövlət mülkiyyətində olsaydı bu kadastr planında və digər ölçü sənədlərində göstərilməli idi.Sadəcə olaraq vicdanınıda pula satmağı özünə ayıb bilməyən vəzifəli şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edib,bizim torpaq sahəmizidə Etibar Qasımova satıb bizi üz-üzə qoyublar.Bu cinayət əməlidir.Harın məmur 500.000 manatdan cox dəyəri olan böyük binaları 21000 manata qanunsuz olaraq satırsa ondan bütün saxtakarlıqları gözləmək olar Belələri vətənini də satarlar.Hakim İxtiyar Abuşov sifarişin qarşısında tam acız qalıb , ədalətli qərar çıxarmaq istəmir, bizi süründürür.Ancaq ümüdümüz Prezident cənab İlham Əliyevədir. Sizdən kömək istəyirik, bu talançılıq cinayət faktını özünüz şəxsən araşdırıb bunu törətmiş vəzifəli şəxslərin barəsində qanunu tədbirlər görməyinizi xahiş edirəm.
teref.az olaraq adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq.
teref.az