Gündəmin dəyişməsi və yaxud "Məmur müharibələri": - “Durnalar məsələsi” və Cəmil Həsənlinin qızının videosu

31-03-2021, 15:45           
Gündəmin dəyişməsi və yaxud  "Məmur müharibələri": -
Bir neçə gün əvvəl mediada Qax Dövlət Yasaqlığında bir qrup ərəb turistin qanunsuz ovçuluq fəaliyyəti ilə məşğul olması faktı tirajlanmağa başlandı. Ərəb turistlərin Dövlət Yasaqlığının ərazisində adları Qırmızı kitaba düşmüş durnaları ovlamaları isə məsələnin daha da böyüməsi ilə nəticələndi.
Təbii olaraq hər kəs ərəb turistlərin Azərbaycana necə gəldiklərini və onlara ovçuluq fəaliyyəti üçün kimin imkan yaratdığını sorğulamağa başladı. Əksər media resursları qanunsuz ov fəaliyyəti ilə məşğul olan ərəb turistləri fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonaqları kimi təqdim etdi...
Bəs bu hardan qaynaqlandı və mətbuata yol açdı?
“Durnalar məsələsi” ni özünü işgüzar kadr kimi göstərmək istəyən, daha çox diqqət mərkəzində olmağı hədəfləyən və Kəmaləddin Heydərovla şəxsi qərəzliyi olan biri tərəfindən qabardılıb.
Bu şəxsin kim ola biləcəyini müəyyənləşdirmək heç də çətin deyil.

Bu cür şəxslər sırasında istər tutduğu vəzifə, istərdə də mətbuatda Kəmaləddin Heydərova qarşı bu miqyasda kampaniya aparacaq gücə sahib olması ilə fərqlənənlər arasında ilk ağla gələn fiqur Yusif Məmmədəliyevdir. “Cavan” Gənclər Hərəkatı və bir sıra digər sosial layihələrin kuratorluğunu həyata keçirən Yusif Məmmədəliyev bu işi icra etmək üçün yetəri qədər resursa da malikdir.
Qeyd edək ki, Yusif Məmmədəliyevlə Kəmaləddin Heydərov arasındakı ədavətin kökləri də bir xeyli əvvələ dayanır. Bir müddət əvvəl paytaxtın Əziz Əliyev küçəsində yerləşən və Yusif Məmmədəliyevə məxsus olduğu bilinən “Dolce vita” və bir sıra digər restoranlarda Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırma aparılıb. Obyektlərdə rast gəlinən bəzi problemlərin isə tezliklə aradan qaldırılması tapşırılıb. Lakin Yusif Məmmədəliyev bu cür davranışı özünə qarşı hörmətsizlik kimi qəbul edib və elə bütün problemlər də bundan sonra başlayıb.
Hətta Yusif Məmmədəliyev öz nəzarətində olan “Primetime” xəbər saytında bir neçə dəfə Kəmaləddin Heydərovu tənqid edən yazılara da yer verib. Lakin daha sonra saytın fəaliyyəti dayandırılıb və hazırda sayt fəaliyyət göstərmir.
Kəmaləddin Heydərov isə baş verənlərə cavabında Yusif Məmmədəliyevin gənclər siyasəti istiqamətindəki fəaliyyətini tənqid edərək, onun Əli Həsənovdan örnək götürməli olduğunu bildirib. Yusif Məmmədəliyev isə bu məsələ ilə bağlı şikayətini prezidentə bildirib.
Eyni zamanda məlum hadisədən dərhal sonra “İDEA” İctimai Birliyinin rəsmi səhifəsində baş verənləri pisləyən və ərəb turistlərin qanunsuz ov fəaliyyətinə imkan yaradan şəxslərin tənqid olunduğu post paylaşılması da bu iddialarımızı təsdiqləyən əsas amildir.
Paylaşılan postun “İDEA” İctimai birliyinin rəsmi mövqeyi olduğunu nəzərə alsaq, layihənin kuratoru olan Yusif Məmmədəliyevin bu işdən xəbərsiz olmaması mümkün görünmür. Deməli, baş verənlər Prezident Administrasiyası Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyevin adı ilə birbaşa bağlıdır.
Lakin mətbuatda kütləvi sürətdə Kəmaləddin Heydərovun hədəf alındığı bir vaxtda birdənbirə gündəm tamamilə dəyişir. Milli Şuranın sədri Cəmil Həsənlinin qızının intim görüntülərinin yer aldığı video paylaşılır və hadisədən xəbərdar olan hər kəs bu mövzunu müzakirə etməyə başlayır. Cəmi bir neçə gün əvvəl ovçuluq edən ərəbələr məsələsi isə tamamilə unudulur. Sanki belə bir hadisə heç olmayıb. Sosial mediada və digər informasiya resurslarında Kəmaləddin Heydərovun adını da, onun ərəblər qonaqlarını da heç kəs dilə gətirmir.
Cəmil Həsənlinin qızının videosundan da ən çox xeyir qazanmış şəxs də məhz Kəmaləddin Heydərov oldu. Nəticədə bütün nəzərlər onun üzərindən uzaqlaşdı və baş verənlər unuduldu
Və gündəm dəyişildi ..
mənbə: Mehriban Sadiqova
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.