Zaqatala rayon icra hakimiyyətində BİABIRÇILIQ - İDDİA

1-04-2021, 17:13           
Zaqatala rayon icra hakimiyyətində BİABIRÇILIQ - İDDİA
Ölkə başçısının adına nəşr olunan jurnal təhqir olundu. Bu barədə dosye.org-a videofakt daxil olub. Belə ki, üz qabığında Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin fotosu əks olunan jurnalın üzərində (sanki o boyda idarədə ayrı vasitə yoxmuş kimi) çaydan altı kimi istifadə edilir. Təəsüf hissi ilə qeyd etməliyik ki, bu cür hadisənin baş verdiyi məkan icra hakimiyyətidir.

İcra hakimiyyətinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş Şöbəsi üzrə məsləhətçi xanım A.Q.Zülfüqarova və RİHB Aparatının baş mütəxəssisi xanım T.İ.Məmmədovanın çalışdıqları xidməti otaqda baş verən bu xoşagəlməz halla bağlı Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı cənab Əhmədzadə Mübariz Cuma oğlu ilə əlaqə yaratmaq istəsək də, bu cəhdimiz baş tutmadı.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru