Ağcabədidə narazılığı kim yaradır? - ŞİKAYƏT VAR
16-02-2016, 12:20
Ağcabədi İşıq İdarəsinin müdiri Rövşən Rəsulovla bağlı redaksiyamıza şıkayət daxil olub. Gunxber.com-a göndərilən məktubda bildirilir ki, R.Rəsulov rayonda əhalini incitməklə məşğuldur. R.Rəsulovun əməllərinə görə Ağcabədidə ciddi narazılıq yaranıb, əhali etiraz vəziyyətindədir. R.Rəsulov durdum demədən camaatın işığını kəsir, əhalidə ciddi narazılıq yaradır. Rayondan gələn məlumatda bildirilir ki, belə getsə, Ağcabədidə ciddi etirazlar olacaq. Bunun səbəbkarı isə R.Rəsulovdur.
Məlumatda qeyd edilir ki, bu həmin R.Rəsulovdurku prezident İlham Əliyevin 2012-cü ildə Kürdəmirə səfəri zamanı işıqlar sönüb və R.Rəsulov həmin vaxt İmişli regional işıq idarsəinin müdiri olub. Kürdəmir ərazisi də həmin regional idarəyə daxil olduğundan məsuliyyəti birbaşa r.Rəsulov daşıyıb və bu hadisəyə görə sonradan işdən qovulub. İndi isə Ağcabədidə camaatı incitmək, narazılıq yaratmaqla məşğuldur.
Məlumatda iddia edilir ki, belə getsə Ağcabədidə işıq üsyanı olacaq.
Qeyd edək ki, bir müddət əvvəl Ağcabədidəd bahalaşma əleyhinə böyük aksiya keşirilmişdi.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.