Karantin vaxtı “Meqafun”da kef məclisləri- NANİ restoranında koronavirus yoluxmur?

7-04-2021, 23:05           
Karantin vaxtı “Meqafun”da kef məclisləri- NANİ restoranında koronavirus yoluxmur?
“Meqafun” Əyləncə Mərkəzi 2002-ci ildən əsası qoyulan Yeni Həyat Şirkətlər Qrupuna daxildir.
Təsəvvür edirsiniz, ümumi sahəsi 30000 kv.m olan və 17 coğrafi zonadan ibarət sahə Avropanın ən iri istirahət mərkəzlərindən biridir.
Əyləncə mərkəzinin adı mediada daha çox hazırda həbsdə olan, Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevin adı ilə bağlanır.
Məlumdur ki, bir neçə il əvvəl Əyləncə Mərkəzində helium şarlarının partlaması nəticəsində 8 nəfər uşaq yaralanmışdı. Yəni bu hadisə bir əyləncə mərkəzi üçün çox ciddi məsələ idi. Deməli, daha çox azyaşlı uşaqların istirahət etdiyi mərkəzdə təhlükəsizlik məsələsi təmin olunmayıb. Çox təəssüf ki, o zaman “Meqafun”a qarşı ciddi tədbirlər görülmədi.
Və nəticədə...
Bəli, cinayət cəzasız qalanda təkrarlanır.
Məlumdur ki, bütün dünya COVİD-də qarşı mübarizə aparır, bütün ölkələrdə ciddi karantin rejimi hökm sürür. Bəs görəsən, Əyləncə Mərkəzinin nəzdində olan NANİ GEORGİAN HOUSE restoranında ( əsasən gürcü mətbəxi ) keçirilən məclislərə, az qala kütləvi rəqslərə kim icazə verib ?
Yəqin Meqafun-nın sahibləri Azərbaycan Respublikasının qanunlarını saymırlar.
Görəsən, Meqafun hələ də Cahangir Hacıyevə güvənir ?
Bəlkə onlara bu sərbəstliyi Londonda Azərbaycandan apardığı milyonlar hesabına kef edən Zamirə Hacıyeva verib ?
Yaxşı, bəs polis, müvafiq dövlət qurumları hara baxır ?
Xatırladaq ki,gundelik-baku.com-un ötən saylarında NANİ GEORGİAN HOUSE-nin karantin qaydalarının pozulması xəbərini videofaktlarla izləyicilərimizə çatdırmışdıq.
Həmin videonu təqdim edirik.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.