Əziz Əzizov qanunla müəyyən edilmiş qaydaları pozmaqla kimlərə torpaq sahələri ayırır?!

8-04-2021, 14:22           
Əziz Əzizov qanunla müəyyən edilmiş qaydaları pozmaqla kimlərə torpaq sahələri ayırır?!
Əziz Əzizov qanunla müəyyən edilmiş qaydaları pozmaqla kimlərə torpaq sahələri ayırır?!

Əziz Əzizov qanunla müəyyən edilmiş qaydaları pozmaqla kimlərə torpaq sahələri ayırır?!
+ -
11:45 08-04-2021 | icon 72


Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi Samir Əliyev Mərkəzi kuçə 9 unvanında, 316 saylı orta məktəbin yanında yerləşən, təxminən 25-30 sot torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılması barədə Aktualinfo.org saytı artıq bir aydır həyəcan təbili çalmaqdadır.

Niyə qanunsuz deyirik? Çünki burada tikinti işlərinə icazənin hansı dövlət qurumu tərəfindən veilməsinə hələ də aydınlıq gətirilməyib. Nə adı bir çox alqı-satqı əməllərində hallanan Suraxanı rayonu İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tərəfindən,nə də 1 avqust 2018-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmiş Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən. Yaxud da Prezident İlham Əliyevin etimad göstərərək cəmi bir il bundan əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə sədr təyin etdiyi Anar Quliyev tərəfindən.

Ərazi həm istismar müddəti bitmiş neft quyuları ilə əhatə olunub, həm də yaxınlığında orta ümumtəhsil məktəbi yerləşir ki, belə bir ərazidə hər hansı obyektin tikintisi yalnız şəhərsalma planlarına və normalarına uyğun şəkildə aparılmalıdır.

Yeri gəlmişkən Nazirlər Kabinetinin “Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları”nda etdiyi dəyişilikdə də (qeyd edək ki, sözügedən qaydalarda dəyişiklik edilməsi barədə qərarı Baş nazir Əli Əsədov martın 29-da imzalayıb.

Buna baxmayaraq birbaşa Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə aid olan bu dəyişiklik nədənsə aidiyyatı qurum olaraq Komitənin vahid informasiya portalında hələ də yerləşdirilməyib) qeyd edilir ki, tikintisinə icazə tələb olunan obyektlərin tikinti layihələrinin hazırlanması və tikintisinin həyata keçirilməsi, eləcə də həmin tikinti obyektlərinin yerləşəcəyi torpaq sahələrinin planlaşdırılması üçün mühəndis-axtarış işlərinin aparılması mütləqdir.

Bəs mühəndis-axtarış işləri nə deməkdir? Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə görə mühəndis-axtarış işləri – tikinti ərazisinin hüdudları daxilində torpaq sahəsinin səmərəli və təhlükəsiz istifadəsi məqsədilə təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi, eləcə də ərazinin planlaşdırılması, tikinti obyektlərinin layihələrinin hazırlanması və əsaslandırılması üçün zəruri olan məlumatların toplanması məqsədilə həyata keçirilən fəaliyyət;

Biz bir mətbuat orqanı olaraq artıq bir aydır tikinti işlərinin istismar müddəti bitmiş neft quyularının üstünün örtülərək aparıldığ barədə məsələ qaldırmış və məqalələr vasitəsi ilə aidiyyatı qurumlardan araşdırılmasını xahiş etmişdik. Lakin qeyd etdiyimiz kimi ərazidə tikinti işləri davam etdirilir və təbii (geoloji) şəraitin və texnogen təsirlərin öyrənilməsi barədə heç bir məlumat verən yoxdur. İstismar müddəti bitmiş neft quyularının üstündə ticarət obyekti tikmək hansı şəhərsalma normalarına uyğundur?

Halbuki, Nazirlər Kabinetinin qərarına əsasən mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat təqdim edildiyi gündən, həmin texniki hesabata rəy verilməsi tələb olunan hallarda isə rəyin verildiyi gündən 3 iş günü müddətində Mərkəz tərəfindən elektron formada Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilməlidir.

Mühəndis-axtarış işlərinin nəticələrinə dair texniki hesabat, habelə həmin texniki hesabata dair rəy barəsində məlumatlar Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sisteminin tərkib hissəsi olan Dövlət məlumat fondunda saxlanılmalı və tələb olunan hallarda rəyin bir nüsxəsi kağız formasında sifarişçiyə təqdim edilməlidir.

Apardığımız araşdırmalar zamanı sözügedən ünvanda tikinti işlərinin aparılmasına Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin vahid informasiya təminatı sistemində tikintisinə icazə verilmiş tikinti obyektlərinin siyahısında heç bir məlumat yoxdur. Bu isə o deməkdir ki,hazırda ərazidə tikinti işləri qanunsuz olaraq həyata keçirilir.

Bəs onda ərazidə tikinti işlərinin aparılmasına rəsmi icazə yoxdursa,qeyri rəsmi icazəni kim verib? Əlbəttə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov.

eziz

Görsənən odur ki, sabiq mer Hacıbala Abutalıbovun kadrı vaxtı ilə törədilən cinayətlər Bakı şəhərində bu gün də həyata keçirilir. Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə bu gün də eyni əməllər törədilir.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov da bu gün eyni əməlləri törətməkdədir. Yeni Suraxanı qəsəbəsində Mərkəzi kuçə 9 unvanındakı torpaq sahəsini qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verib. Bütün bu göstərdiklərimiz hüquqi terminlərdir. Buna sadə dillə satıb deyilir. Ərazidə tikinti işlərini aparanlar bir çox yüksək çinli dövlət məmurlarının adını hallandırırlar.

Adları hallananlar arasında Binəqədi DYP-nin rəisi polis polkovnik-leytenantı Cəmşid Hənifəyev də var. Əldə etdiyimiz ən son məlumatlara görə ərazidəki tikinti işlərinə Cəmşid Hənifəyev nəzarət edir,tez-tez baş çəkir. Qeyd edək ki, Cəmşid Hənifəyev DYP sistemində çoxdan çalışır, Bakı Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, xüsusi müşayiət bölüyünün komandiri, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi olub.

25-02-2019-cu ildə Ramil Usubovun əmrinə əsasən, Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb, ötən ilin dekabrında Vilayət Eyvazovun imzaladığı əmrlə Binəqədi DYP-nin rəisi təyin edilib.

Məlumatlara görə qeyri leqal olaraq geniş biznes şəbəkəsinə sahibdir. Əziz Əzizovdan aldığı torpaq sahəsində biznesini genişləndirmək niyyətindədir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.