Dəmir Yolu Nəqliyyatında Polis İdarə sinin Hacıqabul Bölməsində baş verən "qəribə" hadisələr - İTTİHAM
16-02-2016, 13:55
Hacıqabul Dəmir Yolu Stansiyası hələ SSRİ vaxtından yükdaşımaların ən intensiv zonalarından biri idi. Təbii ki, bu stansiyadan bir çox beynəlxalq yüklər keçirdi. Kriminal ünsürlərdə bunu nəzərdən qaçırmırdılar və ona görə bu stansiya həmişə DİN-nin güclü nəzarətində olub. Müstəqillik dövründə yükdaşımalar elə də intensiv olmasada Hacıqabul Dəmir Yolu Stansiyası yenədə kriminal ünsürlər ücün çox cəlbedicidir.
teref.az-nun poçtuna gələn məktubda xəbər verilir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Hacıqabul Bölməsinin iş prinsipi ancaq öz ciblərinə işləməkdir.
teref.az- ya yazan mənbə xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Hacıqabul Bölməsinin rəisi Səfail müəllimin başı şəxsi biznesinə qarışdığından, təhlükəsizlik məsələləri tamamilə yaddan çıxıb. Elə bu səbəbdəndir ki, Hacıqabul Stansiyasında oğurluq halları geniş vüsət alıb. Lakin onun qarşısını almaq üçün hər hansı bir əsaslı tədbir görülmür.
Mənbənin yazdığına görə, son belə oğurluq olayı fevralın 11-də qeydə alınıb. Həmin vaxt 3 nəfərdən ibarət dəstə stansiyadan 60 litr yanacaq oğurlayarkən yaxalanıblar. Həmin şəxslərlə bağlı tədbir görülmək əvəzinə, bölmə rəisinin yanına aparılıb. Və orada uzun çək-çevirdən sonra anlaşma əldə olunub.
Həmin anlaşmaya əsasən oğrular rəisi 4500 dəfə «təzim» etməli olublar.
Bu "təzim"-min 2500 yerindəcə, 2000 isə sabahısı gün çatdırılıb.
Onuda qeyd etmək istəyirik ki, bu faktlar barədə mətbutda məlumatlar gedib və təkzib olunmayıb.
teref.az olaraq Səfail müəllimlə əlaqə saxlamaq istəsək də buna nail ola bilmədik və buna baxmayaraq qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az