Əssəlam Allahın adlarından biridir - Bu adda “Əssəlam” kolbasası buraxan Xalid -Emin-Cavid Süleymanlı qardaşları alıcıları zəhərləyir

12-04-2021, 00:48           
Əssəlam Allahın adlarından biridir -
West Telekom deyəndə hamının ağlına mobil telefonlar, mobil servis-filan gəlir.
Çoxları bilmir ki, Xalid-Emin-Cavid Süleymanlı qardaşlarına məxsus olan şirkətin İmişlidə həm də “Əssəlam” adlı kolbasa sexləri var.


Məlumat üçün bildirək ki, salam sözü ərəbcə sülh və əmin-amanlıq deməkdir. Əssəlam Allahın adlarından biridir. Və sülh, əmin-amanlıq, salamatlıq bəxş edən mənasını daşıyır.
Belə bir möhtəbər adı daşıyan kolbasa sexləri isə alıcılara keyfiyyətsiz məhsullar satır. Nəticədə şikayətçilər, hətta kolbasadan zəhərlənənlər də olur. Görəsən, Allahın adı ilə kolbasa buraxan qardaşlar bundan utanmır ?
Qardaşların şirkətində başqa problemlər də var.
Şirkətin təsisçisi Xalid Süleymanlıdır. Ancaq şirkəti onun qardaşı Emin Süleymanov işlədir. Cavid Süleymanov isə biznes şəbəkələrinin idarəsinə baxır.
Şirkət guya ucuz və sərfəli qiymətlərə Azərbaycana “Xiomi” telefonlarını gətirir və satışı Mi Store də təşkil olunur.
Amma əslində elə deyil. Şirkət dəfələrlə guya qiymətlərin ucuz olması ilə bağlı kampaniya elan edir. Amma alıcılar şirkətin mağazalarına daxil olanda bəlli olur ki, telefonun üstündə yazılan qiymətlər “qüvvədən” düşüb. Yəni məhsulun üstündəki qiymətlə, kassada hesablanan qiymətin arasında xeyli fərq var, yəni fırıldaqla məşğuldurlar. Telefonun üstündə 339 manat yazılsa da 389 manata satırlar.

Şirkət təkcə telefon və digər elektron avadanlıqlar satmaqla məşğul olmur.

Süleymanlı qardaşlarının ''Əssalam'' adlı kolbasa sexləri var, İmişli rayonunda fəalliyat göstərən sex alıcılara keyfiyyətsiz kolbasa təklif edir. Əssalam kolbasaları ''AzpremiumPro'' LLC şirkətinin tərkibində fəaliyyət göstərir.

Onu da qeyd edək ki, Süleymanlı qardaşları əslən İmişli rayonundandır.

Mezzo Baku restoranı da Süleymanov qardaşlarına məxsusdur.
Restoranın kabinetlərində baş verənlərdən, qəribə səslərdən ətrafda yaşayan sakinlər çox narazıdır. Sakinlər deyir ki, restoranda baş verənlər milli mentalitetimizə ziddir.

Bu boyda geniş şəbəkəyə malik olan, mobil telefonlar satan, restoran işlədən, quru təmizləmələri olan, kolbasa sexlərinə sahib olan şirkət vergidən yayınır?
Görəsən, bunları Dövlət Vergi Xidməti görmür ?
Bəs görürsə, niyə tədbir görmür ?
Çünki Süleymanov qardaşlarının dostu Vergi Xidmətində işləyir.
gundelik baki/
Teref.az olaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.